• Klassik Beşamel sousu və ya Ağ sous resepti

Reseptin məlumatları Baxış sayı: 4 553

Tarix : 11-10-2018, 12:00

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : bahasun


Tərkibi:
50 qr. kərə yağı
50 qr. un
0,5 lt. süd
duz
istiot

Hazırlanması:
1.Dərin və qalın balaca qazanda kərə yağını əridin.
2.İçinə az-az un əlavə edərək qarışdırın. Dibinin yanmasına imkan verməyin. Yoxsa rəngi dəyişər və başka tam verər. 2 dəqiqə beləcə qovurun.
3.Unun içinə az-az soyuq süd əlavə edin və əl çırpanı ilə yaxşıca qarışdırın. Un topları qalmamalıdır. Südü əlavə etməyə davam edin. Un süddə tam həll olduqdan sonra südün qalanını tökün.
4.Orta aəşdə qaynayana kimi qarışdıraraq bişirin.
5.Qaynamağa başlayan zamandan atəşi azaldın və 5 dəqiqə ərzində qarışdıraraq bişirin. Qatılaşanda hazırdır.
Sousun qatılığını siz özünüz idarə edə bilərsiz, südü biraz çox etsəniz duru ola bilər.
Beşamel sousuna istədiyiniz ədviyyatı və quru otları əlavə etməklə başka-başka dadlar əldə etmək olar.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, başka, qarışdırın, bişirin, qarışdıraraq, dəqiqə, hazırdır, azaldın, ərzində, Qatılaşanda, atəşi, zamandan, tökün, qalanını, aəşdə, qaynayana, başlayan, Qaynamağa, Sousun, özünüz
BİZİ İZLƏYİN