• Klassik tomat pastası resepti

Reseptin məlumatları Baxış sayı: 4 148

Tarix : 17-02-2018, 20:00

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
pomidor – 3 kq;
baş soğan – 0,5 kq;
üzüm sirkəsi (3 faizli) – 100 ml;
dəfnə yarpağı – 4 ədəd;
duz – 50 qr;
şəkər tozu– 100 qr.

Hazırlanması:
Pomidorları yuyub 6-8 hissəyə bölün.
Doğranmış pomidorları qalın dibli qazana yığın.
Soğanın qabığını soyun və xırda-xırda doğrayın.
Soğanı və dəfnə yarpaqların pomidorun üzərinə əlavə edin.
Qazanı vam oda qoyaraq pomidorların qabığından ayrılanadək bişirin. Bu təxminən 1 saat vaxt aparacaq. Bu müddətdə davamlı olaraq tomatı qarışdırmaq lazımdır ki, yanmasın.
Qazı söndürərək qazanın otaq temperaturunadək soyumasını gözləyin. Daha sonra da alınan kütləni ələkdən keçirirn.
Tomat pastasını həmin qazanda yenidən ocağa qoyun. Həcminin 3-də 1-i qalanadək qaynadın.
Sonda duz, sirkə və şəkər tozu əlavə edərək 10 dəqiqə də bişirin.
İsti-isti əvvəlcədən hazırladığınız bankalara doldurub ağzını möhkəmcə bağlayın. Ehtiyac yarandıqda bankanı açıb işlətdikdən sonra soyuducuda saxayın.
Bu reseptlə hazırlanan tomat pastası çox dadlı və ətirli alınır.

Nuş olsun!
Etiketlər: xırda, bişirin, dəfnə, şəkər, əlavə, sonra, qoyun, sirkə, Həcminin, qaynadın, ocağa, Sonda, qalanadək, həmin, ələkdən, kütləni, alınan, gözləyin, keçirirn, Tomat
BİZİ İZLƏYİN