• Fast Food sousu resepti

Reseptin məlumatları Baxış sayı: 2 385

Tarix : 22-04-2021, 10:00

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 xörək qaşığı qatıq
1 xörək qaşığı qatığ
2 diş sarımsaq və ya sarımsaq tozu
1 xörək qaşığı mayonez
1 çimdik kəklikotu
Cəfəri
Şüyüd
Yaşıl soğan
Qara istiot
Duz

Hazırlanması:
Qatığımızı bir qaba qoyaq, göyərti və xırda doğranmış soğanlarımızdan cəfəri şüyüd əlavə edək.
Təzə sarımsaq varsa, dadına dad qatacaqdır.
Göyərtiləri bacardığımız qədər incə doğrayaq.Sarımsağı əzək.
Qara bibər, duz və kəklikotu əlavə edib yaxşı qarışdırırıq.Sarımsaq yerinə sarımsaq tozuda olar.
Xardalınız varsa, onu da əlavə edə, mayonez əlavə edib qarışdırmağa davam edə bilərsiniz.
Sosu hazırladıqdan sonra soyuducuda 1 saat saxlasanız, göyərti və sarımsağın qoxusu qatıqda daha yaxşı olar.

Nuş olsun!
BİZİ İZLƏYİN