• Közlənmiş badımcan, pomidor, bibər sosu resepti

Reseptin məlumatları Baxış sayı: 19 251

Tarix : 28-02-2016, 23:00

Bölmə : Souslar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : Yox


Tərkibi:
2 kq badımcan,
1 kq qırmızı bibər,
1-1,5 kq pomidor,
2 ədəd orta boy soğan,
10 diş sarımsaq,
1 şorba qaşığı pul bibər,
1 şorba qaşığı duz,

Hazırlanması:
Sos hazırlamaq üçün:

Badımcanı, bibəri közləməyə başlayın.
Ya fırında , ya da ocaqda közləyə bilərsiniz.
2 ədəd soğanı soyub küp-küp yeməklik doğrayıb yağda qovurun.
Sarımsaqları da soyub rəndələyin və qovrulan soğanın üzərinə əlavə edin.
Pomidorları da rəndələyib soğan sarımsağın üzərinə əlavə edin.
Pomidorlar suyunu çəkənə qədər qovurun.
Közlənmiş badımcan və bibərləri də soyub iri-iri doğrayın.
Közlənmiş ərzaqları isti halda bir torbaya qoyub gözləsəniz soymaq asan olar.
Bu da kiçik bir püf noqtəsi .
Qovurduğunuz soğan sarımsaqların üzərinə də iri-iri doğradığımız badımcan bibəri əlavə edib blenderdən keçirdin.
Duzunu, pul bibərini də əlavə edib 10-15 dəqiqə vam odda bişirin.
Bişirdiyiniz bu qarışımı isti halda bankalara yığıb isti halda bağlayın.
Sonra bankaları tərs çevirin.
Bu halda 1 gecə saxlayın.
Daha sonra isə günəş vurmayan bir yerdə saxlayın.
Bu sosu məzə olaraq qəhvəaltında, tək məzə olaraq , makaron sosu kimi də istifadə edə bilərsiniz.
Banka qapaqları sağlam olduğu surədə heç bir problemlə qarşılaşmazsınız və bir qış boyu istifadə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, halda, bilərsiniz, soyub, soğan, üzərinə, badımcan, Közlənmiş, olaraq, qovurun, saxlayın, bibəri, istifadə, şorba, qaşığı, bibər, doğradığımız, bankalara, yığıb, Qovurduğunuz
BİZİ İZLƏYİN