• Bolonyeze sousu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 11185

Tarix : 7.02.2016, 20:00

Bölmə : Souslar, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox




Tərkibi:
500 qr bişmiş ət qiyməsi
500 ml tomat sousu
2 x/q tomat pastası
1 dəstə cəfəri
1 ədəd baş soğan
3 diş sarımsaq
1 x/q qurudulmuş qaraqınıq (oreqano)
200 ml yağlı qaymaq
zeytun yağı
duz
qara istiot
muskat
300 qr makaron (farfalle)

Hazırlanması:
Bolonyeze (ital.-Ragù alla bolognese) - makaronlar üçün olan ətli sousdur. Reseptdə istifadə edilən hazır qiyməni kartoflu zrazı reseptində olduğu kimi hazırlaya bilərsiniz.

1. İnqredientlər.
2. Makaronlar paketin üzərində qeyd edildiyi kimi bişirilir. Soğan xırda doğranılır.
3. Soğan zeytun yağında qızardılır.
4. Qiymə və qaymaq əlavə edilir. Yaxşı qarışdıraraq az odda 10 dəqiqə bişirilir. Qaymaq qaynamamalıdır.
5. Tomat sousu, tomat pastası, xırda doğranmış cəfəri və qaraqınıq əlavə edilir.
6. Yaxşı qarışdırılır. Daha 10 dəqiqə pörtlədilir. Duz, istiot və muskat əlavə edilir. Qarışdırılır.
7. Sous hazırdır. Sevimli makaronlarla birgə süfrəyə vermək olar.

Bolonyeze sousu resepti - FOTO RESEPT

Bolonyeze sousu resepti - FOTO RESEPT

Bolonyeze sousu resepti - FOTO RESEPT

Bolonyeze sousu resepti - FOTO RESEPT

Bolonyeze sousu resepti - FOTO RESEPT

Bolonyeze sousu resepti - FOTO RESEPT

Bolonyeze sousu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: edilir, tomat, əlavə, istiot, qaraqınıq, zeytun, muskat, Yaxşı, bişirilir, Soğan, xırda, cəfəri, dəqiqə, qaymaq, sousu, istifadə, pastası, süfrəyə, yağında, Qiymə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
leyli
daddli gorunur
7 fevral 2016 23:41
1
cok guzelim bee
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN