• Vineqret resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 823

Tarix : 20-03-2016, 14:12

Bölmə : Souslar / Foto reseptlər

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 2-4


Tərkibi:
5 ədəd orta ölçülü çuğundur (və ya 3 iri ölçülü)
3 ədəd iri ölçülü kartof
7-10 ədəd balaca duzlu xiyar
350 qr yaşıl noxud
3 ədəd kök
2 ədəd qırmızı baş soğan

İçliyi üçün:
150 qr zeytun yağı
50 qr ağ şərab sirkəsi
3 qr duz
zövqə görə qara istiot

Hazırlanması:
Vineqret ölkəmizdə ən populyar salatlardan biridir. Saytımızda artıq vineqret reseptinin olmasına baxmayaraq, reseptlərin tərkibi və hazırlama üsulları bir qədər fərqli olduğundan sizinlə yenidən paylaşırıq.

1. İnqredientlər.
2. Bütün tərəvəzlər hazırlanır. Kök və kartof qaynadılır. Çuğundur isə mikrodalğalı sobada hazırlanacaq. Bunun üçün çuğundur yuyulub təmizlənəndən sonra folqa kağızına bükülür. Sonra bıçaqla folqada dəliklər edilir. Sobanın tavasına duz səpilir və onun üzərinə folqaya bükülmüş çuğundurlar düzülür. Duzun hesabına sobada sabit temperatur rejimi alınacaq. Əvvəlcədən 200°C temperaturunda isidilmiş sobada təqribən 2 saat bişirilir (həmçinin baxın "Çuğundurun tez hazırlanması").
3. Bütün tərəvəzlər hazır olandan sonra yaşıl noxud bişirilir. Bunun üçün onu 5 dəqiqəlik qaynar duzlu suda saxlamaq yetərlidir.
4. Vineqretin içliyi hazırlanır. Bunun üçün zeytun yağı, sirkə, duz və istiot qarışdırılır.
5. Kartof, soğan və kök xırda doğranaraq ehtiyyatla qarışdırılır.
6. Digər boşqaba xırda doğranmış çuğundur əlavə edilir. Onun üzərinə hazırlanan içliyin 1/3 hissəsi əlavə edilərək yaxşı qarışdırılır.
7. Duzlu xiyarlar həmçinin xırda doğranılır.
8. Xiyarla çuğundur qarışdırılır.
9. Yerdə qalan içliyin hamısı kartofla kök kütləsinə əlavə edilir. Yaxşı qarışdırılır.
10. İndi isə kartoflu kütlə çuğundurlu kütlə ilə ehtiyyatla qarışdırılır. Vineqret hazırdır!
11. Bütün tərəvəzli yeməklər kimi, vinqret də bir gün qalandan sonra daha dadlı alınır.

Vineqret resepti - FOTO RESEPT

Vineqret resepti - FOTO RESEPT

Vineqret resepti - FOTO RESEPT

Vineqret resepti - FOTO RESEPT

Vineqret resepti - FOTO RESEPT

Vineqret resepti - FOTO RESEPT

Vineqret resepti - FOTO RESEPT

Vineqret resepti - FOTO RESEPT

Vineqret resepti - FOTO RESEPT

Vineqret resepti - FOTO RESEPT

Vineqret resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qarışdırılır, çuğundur, sonra, Bunun, əlavə, xırda, Bütün, sobada, edilir, ölçülü, həmçinin, kartof, Vineqret, bişirilir, hazırlanır, içliyin, ehtiyyatla, kütlə, istiot, noxud
BİZİ İZLƏYİN