• Allemand sousu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 226

Tarix : 8-01-2016, 16:00

Bölmə : Souslar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : Yox


Tərkibi:
300 qr velüte sousu
70 ml yağlı qaymaq
1 ədəd yumurta sarısı
1 x/q limon şirəsi
zövqə görə duz və istiot

Hazırlanması:
Saytımızın souslar bölməsində müxtəlif növ sous reseptləri yazmağa davam edirik. Bugünkü resept fransa mətbəxinin daha bir məşur souslarından biri olan Allemand haqqındadır. Həmçinin souslar təsnifatı haqqında da oxuya bilərsiniz.

1. İnqredientlər.
2. Velüte sousu az odda qızdırılır. Qaymaq və yumurta sarısı boşqabda çalınır. Velütenin 1/3 hissəsi nazik şırnaqla, daima qarışdıraraq, qaymağın üzərinə əlavə edilir.
3. Alınmış məhlul qalan velütenin üzərinə əlavə edilərək qarışdırılır.
4. Sous az odda qızdırılır, lakin qaynatmaq olmaz.
5. Sousa limon şirəsi, duz və istout əlavə edilir. Qarışdırılıb oddan götürülür.
6. Allemanda sousu hazırdır! Bu cür incə, krem kimi sous istənilən isti ət yeməyi ilə sizin süfrələrinizi bəzəyər.

Allemand sousu resepti - FOTO RESEPT

Allemand sousu resepti - FOTO RESEPT

Allemand sousu resepti - FOTO RESEPT

Allemand sousu resepti - FOTO RESEPT

Allemand sousu resepti - FOTO RESEPT

Allemand sousu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: sousu, əlavə, limon, sarısı, şirəsi, qızdırılır, üzərinə, edilir, yumurta, souslar, olsun, qaymağın, qarışdıraraq, bəzəyər, süfrələrinizi, məhlul, Alınmış, daima, şırnaqla, boşqabda
BİZİ İZLƏYİN