• Maskarpone pendiri (mascarpone) resepti

Reseptin məlumatları Baxış sayı: 18 548

Tarix : 26-01-2016, 21:00

Bölmə : Souslar / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 ml (2 stəkan) 36 %-lik pasterizə edilmiş süd qaymağı
1 xörək qaşığı limon suyu

Hazırlanması:
Enli qazana 3 santimetrə qədər su töküb qaynadın. Sonra qazı azaldın ki, su yavaşca qaynasın. Qaymağı oda dayanıqlı kasaya töküb, bu kasanı qazanın içinə oturdun (suyun içinə). Tez-tez qarışdıra-qarışdıra, qoyun krem 88C-dək istinsin. Bunu xüsusi mətbəx termometri vasitəsilə ölçə bilərsiniz. Mətbəx termometrəniz yoxdursa, əgər qaymağın üstünə köpüklər çıxmaq istəyirsə, deməli qaymaq yetərli dərəcədə istinib. Bu proses hardasa 15 dəqiqə çəkəcək.
Sonra qaymağa limon suyunu əlavə edin, və kütlə qatılaşanadək (bir qədər çürüyən kimi olacaq, amma kəsmikdə olduğu kimi çürüməyəcək) dəyanmadan qarışdırın. Kasanı sudan kənara çəkib 20 dəqiqə ərzində soyudun.
Sonra isə xırda deşikli süzgəcə (ələk kimi) 4 qat nəm tənzif (marlya) sərin. Bişmiş və soyumuş qaymağı tənzifə tökün. Süzgəc qalsın altında. Tənzifi qatlamayın, qaymağı qarışdırmayın. Qaymaq tamamilə soyuduqdan sonra üstünü mətbəx sellofanı ilə örtün və elə süzgəcdəcə soyuducuya qoyun. Qaymaq soyuducuda ən azı 8 saat qalmalıdır ki, bərkisin. Onu axsamdan hazırlayıb səhərə kimi soyuducuda saxlasanız, vaxtınıza qənaət etmiş olarsınız. Qaymaq bərk krem-pendir halına gələcək. Maskarpone pendiri soyuduca 3-4 gün qala bilər.

Nuş olsun!
BİZİ İZLƏYİN