• Acı bibər sosu resepti

Reseptin məlumatları Baxış sayı: 12250

Tarix : 26.04.2016, 17:00

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
1 kq qırmızı bibər,
Yarım kq acı bibər (acı miqdarını damaq zövqünüzə görə artıra bilərsiniz),
2 ədət orta boy pomidor,
2-3 diş sarımsaq,
2 yemək qaşığı sirkə,
3 yemək qaşığı zeytun yağı,
duz ,
1 çay qaşığı şəkər tozu,
1 stəkan su,

Hazırlanması:
Bibərlərin saplarını və çəyirdəklərini təmizləyib yuyun.
Yuduqdan sonra suyunu süzməyə qoyun.
Bibərlərin suyu süzüldükdən sonra iri- iri doğrayın.
Doğradığınız bibərləri qazana yığıb üzərinə 1 stəkan su əlavə edin və və qapağını örtüb ocağa qoyun.
Bibərlər tam bişənə qədər qaynadın.Bibərləri əvvəl güçlü atəşdə qaynatmağa çalışın .
Qaynamağa başlayandan sonra isə vam odda yarım saat qaynadın
.Bişən bibərləri qazanda qalan su ilə birlikdə mətbəx robortundan keçirdib püre halına salın və kəfkirdən süzün. Təkrar qazana yığın.
Pomidorları yuyun .
Yuduğunuz pomidorların qabığını soyun.
Acı bibərləri təmizləyin.
Təmiz yuyun və suyunu süzün.
Pomidor və acı bibərləri də mətbəx robortundan keçirdib qazana əlavə edin.
Sarımsaqları təmizləyib istər əlinizlə, istər mətbəx robortunda doğrayın və qarışıma əlavə edin.
Qarışımı 15-20 dəqiqə qaynadın .
Suyu tam quruyandan sonra isə yağını, duzunu, sirkəsini, şəkərini də əlavə edib bir az da qaynadın.
İsti-isti bankalara yığın.
Qapağını möhkəm bağlayın və tərs çevirib qapağı aşağıda qalacaq şəkildə qoyun və soyuyana qədər belə saxlayın.
Not:
İstifadə edəcəyiniz qapaqlar işlənməmiş olsa daha yaxşı olar.

Nuş olsun!
Etiketlər: əlavə, bibərləri, sonra, qaynadın, qaşığı, qoyun, mətbəx, qazana, yuyun, suyunu, təmizləyib, qədər, keçirdib, süzün, robortundan, yığın, istər, Bibərlərin, doğrayın, yeməklərinizə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN