• Evdə bibər tomatı hazırlamaq resepti

Reseptin məlumatları Baxış sayı: 47 680

Tarix : 29-03-2016, 15:00

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Yarım kq şirin qırmızı bibər,
1 çay qaşığı duz,
2-3 acı qırmızı bibər,

Üzəri üçün:
Maye yağ,

Hazırlanması:
Bibərlərin içini təmizləyin.
Təmizlədiyiniz bibərləri yuyun.
Aşsüzənə yığıb suyunu süzsün.
Bibərləri dörd yerə bölün.
Geniş bir qazana doğradığınız bibərləri yığın.
Qazanın içinə bibərlərin yarısını örtə biləcək qədər su əlavə edin.
Bibərlər yumşalana qədər bişirməyə davam edin.
Bibərlər bişincə suyunu süzün və mikserdən keçirdin.
Acı qırmızı bibərləri də mikserdən keçirdib böyük bir teflon tavaya yığın .
Duzu əlavə edib qaynatmağa başlayın.
Qalan suyunu da çəkənə qədər qaynadın.
Suyu tamamən quruduqdan sonra şüşə bankalara yığın.
Bankaların üzərinə maye yağ əlavə edin.

Nuş olsun!
Etiketlər: bibərləri, suyunu, yığın, qırmızı, əlavə, qədər, mikserdən, bibər, Bibərlər, böyük, keçirdib, keçirdin, bişincə, yumşalana, bişirməyə, davam, teflon, süzün, qaynatmağa, bankalara
BİZİ İZLƏYİN