• Ət xörəkləri üçün qarağat sousu resepti

Reseptin məlumatları Baxış sayı: 13 603

Tarix : 30-03-2016, 16:00

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 st. qara qarağat (təzə və ya dondurulmuş)
50 q kərə yağı
100 ml şirin qırmızı şərab
100 ml su
1 ç.q. duz
1 x.q. şəkər tozu
qara istiot

Hazırlanması:
Qara qarağatı yuyun, kağız salfetin üstünə düzün ki, suyu tam çəkilsin.

Tavada kərə yağı, su və şəkər tozunu qarışdırıb ocağın üstünə qoyun.

Əriyəndə qarağatı və şərabı əlavə edin. Tavanın qapağını qoyub 5 dəqiqə (artıq olmaz) bişirin. Duzla istiot əlavə edin.

Göyərti də əlavə etmək olar. Məsələn, nanə bu sousda əla dadır. Həmçinin mixək də qata bilərsiniz.

Ocağı söndürəndən sonra daha 2 dəqiqə qapağını açmayın. Sonra bir az soyudun, ələkdən keçirin.

Nuş olsun!
Etiketlər: əlavə, qarağatı, istiot, qapağını, dəqiqə, şəkər, üstünə, Duzla, Göyərti, etmək, Məsələn, ələkdən, bişirin, olsun, olmaz, keçirin, sousda, dadır, söndürəndən, sonra
BİZİ İZLƏYİN