• Keşniş sousu resepti

Reseptin məlumatları Baxış sayı: 13 203

Tarix : 16-04-2016, 11:00

Bölmə : Souslar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 iri dəstə təzə keşniş
2 ədəd göy soğan
2-3 diş sarımsaq
1,5 sm uzunluqda təzə zəncəfil kökü
1 ədəd acı istiot (yaşıl və ya qırmızı)
3 x.q. limon şirəsi
1 x.q. şəkər tozu
1 ç.q. duz

Hazırlanması:
Keşnişlə göy soğanı yuyub aşsüzənə yığın. Suyu süzüləndən sonra iri doğrayın.
Sarımsaqla zəncəfili təmizləyin, istiotu yuyun.
Hamısını blenderdə eynicinsli kütlə alınanadək xırdalayın.
Bankaya yığıb limon şirəsi, şəkər tozu, duz qatıb qarışdırın.

Nuş olsun!
Etiketlər: limon, şəkər, şirəsi, blenderdə, Hamısını, istiotu, Sarımsaqla, zəncəfili, təmizləyin, yuyun, eynicinsli, qatıb, qarışdırın, olsun, yığıb, Bankaya, kütlə, alınanadək, xırdalayın, doğrayın
BİZİ İZLƏYİN