• Acı ketçup resepti

Reseptin məlumatları Baxış sayı: 20 545

Tarix : 21-06-2014, 17:14

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Zeytun yağı - 2 x.q.
Soğan - 1 stəkan
Çili bibəri - 2 ədəd
Xabanero bibəri - 4 ədəd
Sarımsaq - 4 diş
Pomidor - 500 qr.
Sirkə - 1 stəkan
Duz - 2 ç.q.
Şəkər tozu - 3 ç.q.

Hazırlanması:
1. Qazançada zeytun yağını orta alovda qızdırın.
Xırda-xırda doğranmış soğan, doğranmış və tumu təmizlənmiş bibərlər, əzilmiş sarımsaq əlavə edin. Qarışdıra-qarışdıra 3-4 dəqiqə, soğan yumşalana kimi qızardın.
2. Alovu azca azaldıb xırda-xırda doğranmış pomidor, sirkə və duz əlavə edin. Sonra zövqə görə şəkər tozu töküb təxminən daha 5 dəqiqə, pomidor yumşalana kimi qarışdıra-qarışdıra bişirin.
3. Hazır qatışığı blenderə töküb püre halına kimi çalın. Sonra aşsüzəndən keçirib soyudun.

Nuş olsun!
Etiketlər: xırda, doğranmış, qarışdıra, soğan, dəqiqə, yumşalana, töküb, Sonra, pomidor, əlavə, stəkan, bibəri, şəkər, Zeytun, təxminən, zövqə, sirkə, azaldıb, bişirin, Soğan
BİZİ İZLƏYİN