• Yumurtanın sarısından sous resepti

Reseptin məlumatları Baxış sayı: 13 071

Tarix : 27-06-2016, 17:00

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
1 kiçik soğan
1 qəhvə fincanı ağ şərab
1 qəhvə fincanı sirkə
2 yumurta sarısı
100 qr kərə yağı
1/2 dəstə cəfəri
duz

Hazırlanması:
Soğanı incə incə doğrayaraq kiçik bir qazana qoyun.
Şərab və sirkəni əlavə edib bir az qaynadın.
Süzgəcdən keçirərək sirkəli şərabı dərin bir qaba tökün və soyumağa qoyun.
Qaynatdığınız sirkəli şərabı yaxşıca soyuduqdan sonra yumurta sarıları və bir miqdar duz əlavə edərək çırpın.
Qabı, içi su dolu geniş bir boşqabın içinə yerləşdirib (benmari üsulu) orta atəşdə bişirin.
Bu vaxt ərzində davamlı çırpmağa davam edin.
Tərəyağını kiçik parçalar halında qarışığa əlavə edib çırparaq yaxşıca qarışmasını təmin edin.
İncə doğranmış cəfərini əlavə edib qarışdırın.
Ət və ya balıq yeməklərinin yanında təqdim edin.

Nuş olsun!
Etiketlər: əlavə, kiçik, yumurta, qoyun, yaxşıca, şərabı, sirkəli, fincanı, qəhvə, davamlı, davam, çırpmağa, ərzində, atəşdə, içinə, boşqabın, yerləşdirib, benmari, Tərəyağını, üsulu
BİZİ İZLƏYİN