• Salat sousu resepti

Reseptin məlumatları Baxış sayı: 15 673

Tarix : 2-07-2016, 14:00

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 2-4


Tərkibi:
3 xörək qaşığı zeytunyağı
yarım dəstə şüyüd
1 diş sarımsaq
yarım limonun suyu
1 desert qaşığı mayonez
1 desert qaşığı duz
1 çay qaşığı xardal

Hazırlanması:
Şüyüdü təmizləyib incə incə doğrayın.
Sarımsağı yaxşıca əzin.
Dərin bir qabda şüyüd, sarımsaq, mayonez, xardal və zeytunyağını qarışdırın.
Limon suyu və duz əlavə yaxşıca çırpın.
Salatların üzərinə gəzdirin.
Diqqət! Bu sousu xüsusilə buruq salatın üzərinə tökərək xidmət edə bilərsiniz.
Sous artarsa ​​qapağı möhkəmcə bağlanan kiçik bir qabda 1 həftə saxlaya bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, qabda, desert, mayonez, sarımsaq, xardal, şüyüd, üzərinə, yaxşıca, yarım, bilərsiniz, tökərək, salatın, xüsusilə, Diqqət, sousu, xidmət, buruq, möhkəmcə, həftə
BİZİ İZLƏYİN