• Qırmızı bibər sousu resepti

Reseptin məlumatları Baxış sayı: 14 605

Tarix : 28-06-2016, 14:00

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
16 bibər
2-3 ədəd reyhan
1/2 dəstə cəfəri
1 diş sarımsaq
1 xörək qaşığı döyülmüş qoz
1-2 xörək qaşığı zeytunyağı
1-2 çay qaşığı üzüm sirkəsi
2-3 xörək qaşığı qaynamış su
1/2 çay qaşığı duz

Hazırlanması:
Qırmızı bibərləri qızardıb qabıqlarını soyun.
Cəfərini ayrı yuduqdan sonra doğrayın.
Sarımsağı soyub dilimləyin.
Bibərləri, duz, reyhan, cəfəri, sarımsaq və qozla birlikdə blenderden keçirərək əzin.
Zeytunyağı, sirkə və suyu əlavə edib mayonez dadaını alana qədər qarışdırın.
Lazım olsa bir miqdar daha zeytun yağı və sirkə əlavə edə bilərsiniz.
Otaq istiliyində gözlədin, makaron, qızartma toyuqla birlikdə təqdim edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, xörək, birlikdə, əlavə, sirkə, bilərsiniz, reyhan, sarımsaq, cəfəri, mayonez, alana, dadaını, olsun, blenderden, keçirərək, Zeytunyağı, qədər, Lazım, makaron, qızartma
BİZİ İZLƏYİN