• Frankfurt sousu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 075

Tarix : 29-07-2016, 20:00

Bölmə : Souslar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
şüyüd
cəfəri
göy soğan
ispanaq (başqa göyərtilər də götürə bilərsiniz)
250 q xama
3 bişmiş yumurta
3 x.q. bəyaz üzüm sirkəsi
6 x.q. günəbaxan yağı
1 x.q. xardal
duz, istiot, şəkər tozu

Hazırlanması:
Yumurtaları suda bişirin, ağını sarısından ayırın. Yumurta sarılarını çəngəllə əzib bitki yağıyla qarışdırın. Xardalla sirkəni, zövqə görə şəkər tozu, duz, istiot qatıb eynicinsli kütlə alınanadək qarışdırın.
Yuyulub suyu çəkilmiş göyərtini xırda doğrayın. Ət maşını, yaxud blenderdən də keçirə bilərsiniz.
Xamanı göyərtiylə qarışdırın, yumurta sarısı ilə olan qarışığı əlavə edin, eynicinsli kütlə alınanadək qarışdırın. Bişmiş yumurta ağlarını da xırda doğrayıb əlavə edin. Təxminən 1 saat otaq temperaturunda saxlayın.

Frankfurt sousu bişmiş kartof və ət xörəklərinin yanında süfrəyə verilir.

Frankfurt sousu resepti - FOTO RESEPT

Frankfurt sousu resepti - FOTO RESEPT

Frankfurt sousu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qarışdırın, yumurta, bişmiş, alınanadək, şəkər, istiot, bilərsiniz, kütlə, əlavə, eynicinsli, xırda, keçirə, Xamanı, göyərtiylə, maşını, doğrayın, sarısı, yaxud, göyərtini, blenderdən
BİZİ İZLƏYİN