• Yaşıl tkemali sousu resepti

Reseptin məlumatları Baxış sayı: 11 037

Tarix : 24-08-2016, 12:00

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq gavalı üçün:
1 baş sarımsaq
1 acı göy istiot
1 dəstə təzə keşniş
1 dəstə təzə reyhan (yaşıl)
1 dəstə nanə-cövhər
1 ç.q. üyüdülmüş keşniş toxumu
1 ç.q. duz

Hazırlanması:
Gavalıları tərtəmiz yuyun, qazana töküb yarısınadək su əlavə edin (gavalıların yarısınadək), qazanın qapağını örtüb iti ocağın üzərinə qoyun. Qaynara düşəndən sonra 5-10 dəqiqə, qabığı partlayanadək bişirin. Bundan artıq bişirməyin, çünki ləti suya qarışacaq.

Aşsüzənə tökün. Amma suyunu da atmayın. Aşsüzənin altına bir qab qoyub gavalını soyumağa qoyun.

Bu müddətdə göyərtiləri yuyub aşsüzənə yığın, suyu çəkiləndən sonra xırda doğrayın. Sarımsağı duzla birlikdə əzin.

Acı istiotun dənələrini çıxarıb xırda doğrayın.

Qaşıqla gavalıları elə aşsüzəndə əzib dənələrini atın.

Blenderdə göyərti, sarımsaq, acı istiot, üyüdülmüş keşniş toxumu, gavalını (aşsüzənin altındakı qaba yığılmış lətlə birlikdə), həmçinin gavalını qaynatdığınız sudan bir qədərini eynicinsli kütlə halına gələnədək qarışdırın.
Əgər blender yoxunuzdursa, gavalını aşsüzəndən keçirin, sonra isə göyərti və sarımsaqla qarışdırın.
Dadına baxıb zövqə görə şəkər tozu və duz əlavə edə bilərsiniz.

Qarışığı qazana yığıb qarışdıraraq bişirin. Qaynara düşəndən sonra 2-3 dəqiqə bişməyi bəs edər.
Bu sousu qaynatmamaq da olar. Hazır olan kimi bankalara yığıb soyuducuda da saxlaya bilərsiniz. Amma onu gərək bir həftə ərzində tükədəsiniz.

Bişmiş sousu isə sterilizə edilmiş bankalara yığın. Üzərinə azca bitki yağı tökün ki, bankada hava qalmasın. Qapaqlarını bağlayın, otaq temperaturunadək soyuduqdan sonra soyuducuda saxlaya bilərsiniz.

Əgər sousu çox hazırlamısınızsa və onu qışa saxlamaq fikriniz varsa, o zaman belə edin:
- 1 ç.q. əvəzinə 1 x.q. duz götürün;
- bankaları mikrodalğalı, yaxud elektrik sobasında qızdırın, qaynar sousu bankalara doldurub dərhal da qapaqlarını bağlayın. Tərs çevirib tam soyuyunca saxlayın. Sonra isə soyuq yerə yığın.
Gavalını bişirdiyiniz sudan isə kompot bişirəndə istifadə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: sonra, sousu, gavalını, bilərsiniz, bankalara, dəstə, yığın, keşniş, dəqiqə, düşəndən, xırda, soyuducuda, doğrayın, saxlaya, birlikdə, bağlayın, dənələrini, tökün, göyərti, qoyun
BİZİ İZLƏYİN