• Siciliyasayağı çerri sousu resepti

Reseptin məlumatları Baxış sayı: 10 869

Tarix : 3-10-2017, 18:00

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Spagetti – 350 qr
Çerri pomidoru (kiçik pomidorlar) – 600 qr
Zeytun yağı – 4 x.q.
Sarımsaq – 1 diş
Reyhan – 1 dəstə
Quru kəklikotu – 1 ç.q.
Acı bibər (çili) – 1/2 ədəd
Cəfəri – 1 dəstə
Zövqə görə duz

Hazırlanması:
Sarımsaq və qırmızı bibərləri qabıqlarından və toxumlarından təmizləyin, iki yerə bölün və təmiz əski parçasına bükərək sapla bağlayın. Kiçik çerri pomidorlarını da yuyub iki yerə bölün. Daha sonra isə tavada zeytun yağını qızdıraraq pomidorları və kisəcikdəki ədviyyatları həmin yağın içinə qoyub yarım saat bişirin. Sonra üzərinə doğranmış cəfəri, reyhan əlavə edin. Ədviyyatları kisəcikdən çıxararaq duzlayın.
Bundan əlavə, bir qazanda 3 litr su qaynadın və duz vurun, sonra isə spagettini bu suda bişirin. Hazır spagettini boşqablara süzün, üzərinə sous əlavə edin.
Bu yemək üçün adi, ancaq şirin növ pomidorlardan da istifadə etmək mümkündür.

Nuş olsun!
Etiketlər: əlavə, dəstə, üzərinə, spagettini, Sarımsaq, bölün, sonra, bişirin, içinə, Ədviyyatları, yağın, reyhan, kisəcikdən, cəfəri, çıxararaq, yarım, doğranmış, Sonra, qoyub, Bundan
BİZİ İZLƏYİN