• Pesto sousu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 25 264

Tarix : 6-08-2014, 22:57

Bölmə : Souslar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Pesto - italyan mətbəxinin məşhur sousudur. İtalyan dilində pestare feli əzmək, döymək, sıxmaq mənasını verir. Bu sousu makaronla, krekerlərlə, salat və ət xörəkləri ilə süfrəyə verir, şorbaların və lazanyanın hazırlanmasında istifadə edir, sadəcə çörəyin üstünə yaxır, hətta pestolu çörək də bişirirlər.

Pestonun «vətəni» Liquriya əyaləti hesab olunur. Liquriyalılar bu sousla o qədər fəxr edirlər ki, hətta onun adını və yarandığı yeri patentləşdiriblər. Klassik Genuya pestosu (Pesto alla Genovese) mərmər həvəng və taxta dəstənin köməyilə hazırlanır. Pestonu Genuya yaxınlığında bitən reyhan, daş şam (piniya) qozasının tumu, sarımsaq, Liquriya zeytun yağı extra virgin (birinci sıxılma) və pekorino pendirindən hazırlanır. Bir qədər ucuz variantında isə daş şam tumu əvəzinə qoz və ya keşyu, pekorino yerinə isə daha ucuz pendir - parmezan, yaxud qran padano - istifadə olunur.

Tərkibi:
50 q reyhan
50 q parmezan
3 x.q. sidr qozu
100 ml bitki yağı (zeytun)
2-3 diş sarımsaq
duz
Pesto sousu resepti - FOTO RESEPT


Hazırlanması:
Reyhanın yerinə cəfəri və ya ispanaq, parmezan yerinə isə başqa bərk pendir istifadə etmək olar. ancaq o zaman bu, pesto yox, başqa sous olacaq.

Sarımsağı iri doğrayın.
Pesto sousu resepti - FOTO RESEPT


Blenderə doğranmış göyərtini, sarımsağı, pendiri, qozu, yağı qoyun, azca duz vurun (parmezan çox duzlu olur). Eynicinsli kütlə alınanadək çalın.
Pesto sousu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: parmezan, yerinə, istifadə, olunur, pendir, Liquriya, qədər, başqa, pekorino, hazırlanır, reyhan, Pesto, sarımsaq, zeytun, Genuya, hətta, verir, vurun, sıxılma, pendirindən
BİZİ İZLƏYİN