• Hollandez sousunun resepti

Reseptin məlumatları Baxış sayı: 6817

Tarix : 26.05.2014, 15:09

Bölmə : Souslar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150 q kərə yağı
3 yumurta
1 x.q. su
1 x.q. limon şirəsi
1 çimdik duz

Hazırlanması:
Yağı üç yerə bölün - 2 hissə 10-15 qramlıq və 1 böyük hissə.

Böyük hissə yağı vam odda əridib bir qırağa qoyun.

Yumurtaların ağını sarısından ayırın. Yumurta sarılarını təxminən 1 dəqiqə çalın (qatılaşmalıdır).

Limon şirəsi, su və duz əlavə edib daha yarım dəqiqə çalın.

Kiçik yağ parçalarından birini əlavə edib vam ocağın üstünə qoyduğunuz təxminən 60 dərəcəli istilikdə olan su hamamına yerləşdirin.

2 dəqiqə, yumurta sarıları qatılaşıb sous krem halına düşənədək çalın. Vacib məqam: ocaq çox zəif olmalıdır. Əlinizin də altında içində soyuq su olan ləyən saxlayın. Əgər sous çox qızarsa, yaxud qazançanı iti ocağın üstünə qoysanız, yumurta bərkiyib lopa əmələ gətirə bilər. Sous vaxtından əvvəl qatılaşarsa, yaxud görsəniz ki, lopa əmələ gəlir, dərhal qazançanı soyuq su olan ləyənə qoyun (çalmağı dayandırmayın).

Qazançanı ocaqdan götürün, yağın yerdə qalanını əlavə edib çalın.

Sonra ərinmiş kərə yağını sousu çalmağa davam edərək damla-damla, sonra isə bir qədər iri partiyalarla əlavə edin. yağın dibindəki ayranı sousa əlavə etmək lazım deyil.

Krem qatı qaymaq kimi olmalıdır. Duz, istiot, lazım gələrsə, bir qədər də limon şirəsi əlavə edin.

Sousu süfrəyə isti verin (balıq xörəkləri, tərəvəzlərlə əladır). Soyumaması üçün isti plitənin yanında saxlaya bilərsiniz (təxminən 1 saat). Sous çox qatı alınıbsa, ona 1-2 qaşıq qaynar su, bulyon, süd və ya qaymaq əlavə edə bilərsiniz.

Qeyd: Əgər sous qatılaşmayıbsa, deməli, sousu çox sürətlə çalmısınız. Bu xətanı aradan qaldırmaq üçün mikserin ləyənini qaynar su ilə yaxalayın. 1 ç.q. limon şirəsi və 1 x.q. sous töküb çalın (mikserlə yox), sous qatılaşıb krem halına gələndə isə sousun qalanını çay qaşığı ilə əlavə edə-edə hər dəfə sous qatılaşınca çalın.

Nuş olsun!

Etiketlər: əlavə, çalın, şirəsi, təxminən, hissə, dəqiqə, limon, yumurta, üstünə, qalanını, yaxud, qazançanı, bilərsiniz, lazım, yağın, qaynar, qədər, soyuq, sousu, ocağın
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica