Tərkibi:1 kq pomidor
2 baş soğan
1 çimdik qara istiot
1 çimdik zəncəfir
1 çimdik darçın
1 çimdik mixək
1 çimdik tərxun
1 çimdik kərəviz
Bibər (zövgə görə şirin və ya acı)
2 diş sarımsaq
alma sirkəsi
duz
şəkər
Hazırlanması:Pomidorları soyub doğramaq və orta odda 1-2 saat pörtlətmək. Hazır pomidorları rəndələmək və ya blenderdən keçirmək.
Alınan məhlula alma sirkəsi və ədviyyatarı əlavə etmək. (Ədviyyatları əvvəlcədən üyütmək lazımdır.)
Soğanı rəndələmək və hazır sousa əlavə etmək. Zövgə görə duz və şəkər əlavə edib bir neçə dəqiqə ərzində qaynatmaq olar.
Nuş olsun!
Etiketlər: çimdik, əlavə, etmək, şəkər, sirkəsi, rəndələmək, məhlula, keçirmək, Alınan, Ədviyyatları, ədviyyatarı, üyütmək, Zövgə, dəqiqə, ərzində, qaynatmaq, sousa, hazır, blenderdən, lazımdır