• Yaşıl yağ resepti

Reseptin məlumatları Baxış sayı: 11 483

Tarix : 30-03-2017, 20:00

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 q göy soğan
50 q reyhan
50 q cəfəri
50 q şüyüd
100 q kəvər
300 - 400 ml bitki yağı
1-2 x.q. iri dəniz duzu

Hazırlanması:
Göyərtini tərtəmiz yuyub kağız salfetlə suyunu çəkin.

Göy soğanla kəvəri öncə bıçaqla doğrayıb, sonra digər göyərti ilə blenderə yığın, duz vurub xırdalayın.

Bitki yağını əlavə edib xırdalayın. Sousun qatılığını bitki yağı, yaxud göyərti əlavə etməklə ayarlayın.

Yağı bankaya, yaxud şüşə butulkaya yığın, soyuducuya qoyun. İstifadədən əvvəl çalxalayın. Soyuducuda 2-3 həftə saxlaya bilərsiniz.

Nuş olsun!
Etiketlər: yaxud, xırdalayın, əlavə, bitki, göyərti, yığın, etməklə, Bitki, Sousun, ayarlayın, yağını, qatılığını, butulkaya, Soyuducuda, həftə, saxlaya, bilərsiniz, çalxalayın, əvvəl, soyuducuya
BİZİ İZLƏYİN