• Klassik tomat sousu resepti

Reseptin məlumatları Baxış sayı: 26 457

Tarix : 20-08-2014, 01:00

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 baş soğan
3 diş sarımsaq
4 budaq reyhan
2 x.q. zeytun yağı
175 ml bəyaz şərab və ya tərəvəz bulyonu
850 q təmizlənmiş pomidor
duz
istiot
1 çimdik şəkər tozu

Hazırlanması:
Soğanla sarımsağı təmizləyib xırda doğrayın.

Reyhanı yuyub qurudun.

Zeytun yağını tavada qızdırın. Soğan və sarımsağı orta itilikli odda 4-5 dəqiqə, şəffaflaşanadək qovurun.

Şərab və ya bulyonu əlavə edin, tam qaynayanda reyhanı əlavə edin.

Pomidorları xırda doğrayın, bulyona əlavə edin, orta itilikli odda 25-30 dəqiqə bişirin. Reyhanı çıxarın. Sousa duz, istiot, şəkər tozu əlavə edin. Soyuducuda 3 sutkadan artıq saxlamayın.
Sousu bankaya yığıb saxlaya da bilərsiniz. Sousu 300 ml-lik, qaynar su ilə yuyulmuş (yaxud mikrodalğalı sobada pasterizə edilmiş) bankalara yığın, qapağını dərhal bağlayın, 5 dəqiqə tərs çevirin, sonra düz qoyub soyuq yerdə saxlayın. 3 ay müddətində istifadə edin.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, sarımsağı, xırda, şəkər, itilikli, Sousu, istiot, Reyhanı, doğrayın, bulyonu, bilərsiniz, saxlaya, müddətində, qaynar, yuyulmuş, yığıb, saxlayın, bankaya, sutkadan
BİZİ İZLƏYİN