• Quakamole pasta-sousu resepti

Reseptin məlumatları Baxış sayı: 15 581

Tarix : 24-03-2016, 11:00

Bölmə : Souslar

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 ədəd çili istiotu
3 avokado
2 pomidor
1 baş soğan
1 dəstə keşniş
0,5 laym
duz - zövqə görə

Hazırlanması:
Pomidorları təmizləyib xırda doğrayın. Çilini təmizləyib soğan və keşnişlə birlikdə xırdalayın. Bir iri həvəngdəstədə çili, keşniş, pomidor və soğanı eynicinsli pasta halına düşənədək əzin. Azca duz vurub qarışdırın.

1-2 x.q. su və yarım laymın şirəsini əlavə edin ki, pasta bir az duru olsun.

Avokadonu təmizləyin. Dənəsini çıxarın. Lətini kubik doğrayın. Pastaya əlavə edib əzin.

Quakamoleni adətən qarğıdalı çipsləri ilə süfrəyə verirlər. Amma çörəklə, yaxud digər təamlarla (xüsusilə də Meksika mətbəxinə məxsus olanlarla) da yeyilir.

Nuş olsun!
Etiketlər: pasta, keşniş, pomidor, təmizləyib, doğrayın, əlavə, olsun, soğan, Lətini, çıxarın, kubik, məxsus, Pastaya, Dənəsini, təmizləyin, şirəsini, laymın, yeyilir, olanlarla, Avokadonu
BİZİ İZLƏYİN