• Qüsursuz süfrə necə hazırlanmalıdır?

Reseptin məlumatları Baxış sayı: 324

Tarix : 18.01.2018, 20:00

Bölmə : Süfrə düzəni


Yemək siyahısını hazırlayarkən qonaqların yaşlarını, yaşadıqları yeri, sağlamlıq vəziyyətlərini və hətta cinsiyyətlərini diqqətə alın.
Yemək siyahısında mümkün olduqca həzmi çətin olan yeməkləri istifadə etməyin.
Bir yemək siyahısında iki souslu ya da bir-birinə bənzəyən iki yemək və bir-birinə bənzəyən adlar olmamalıdır.
Bir kral süfrəsi ilə ailə süfrəsi arasındakı fərq yemək dəstələrinin lüks olmasıdır. Ancaq yemək qaydaları eynidir.
Süfrəyə üç dəstədən çox bıçaq, çəngəl qoymayın. Ancaq stəkanlar dörd ədəd ola bilər.
Qonaq olan süfrədə hər yemək öz dəstəsiylə yeyilməlidir və hər yeməkdə çəngəl, bıçaq və qab dəyişməlidir.
Soyuq yemək soyuq qabda, isti yemək isidilmiş qabda verilməlidir.
Çəngəlləri istifadə sırasına görə, iti tərəfi havaya qalxmış olaraq yerləşdirin. Yalnız desert çəngəlini qabın önünə sapı solda qalacaq şəkildə yerləşdirilir.
Bıçaqlar iti tərəfi qaba dönük olaraq, qabın sağına qoyulmalıdır. Yalnız desert bıçağı qabın önünə, sapı sağda qalacaq şəkildə və çörək bıçağı da çörək qabının üzərində sağ kənarında istifadə edilər.
Stəkanlar hər vaxt sağda qoyulmalıdır.
Qaşıqların oyuq qisimi havaya baxar şəkildə və qabın sağında, bıçağın sağında yerləşdirirlər. Desert qaşığı istifadə ediləcəksə desert bıçağı qaldırılıb, yerinə desert qaşığı qoyulmalıdır.
Çiçəklər, şamdan və s. qonaqların bir-birlərini görmələrini maneə törədəcək şəkildə qoyulmamalıdır.
Duz qabı və qara istiot, dersert çəngəl və bıçağının arxasında, masanın ortasına yaxın qoyular.
Xardal, ketçup, mayonez əvvəldən süfrəyə qoyulmaz. Əgər bunların istifadə ediləcəkləri yemək varsa o yeməklə birlikdə süfrəyə gətirilməlidir.
Əllə yeyilən yeməklərdən sonra yüngül sabunlu və qoxulu əl bezi verilməlidir.
Bəzi yeməklərin yeyilməyən qisimləri, sümüklər və s. üçün yemək qabının sol hissəsinə bir sümük qabı qoyulmalıdır.
İki adamın çiyininin arasındakı boşluq hədəf alınar şəkildə süfrədə hər iki adama bir siqaret qabı qoyular.
Qonaqların rahatca yemək yeyə bilmələri üçün hər adama 60 sm yer olmalıdır.
Salfetlər süfrəyə mümkün olduqca sadə şəkildə qoyular. Şəkilli qatlamalar doğru deyil.
Evin xanımı yemək xidmətini, evin bəyi içki xidmətini etməlidir.
Çirkli dəstələr sağdan alınar və yerinə təmizləri yenə sağdan süfrəyə qoyular.
Yeməkdən əvvəl içki xidməti edilər.
Yeməyə şorba ilə başlanacaqsa içki xidməti etməyin. Şorba bitdikdən sonra içki xidmətinə başlaya bilərsiniz.
Qarnirlər və souslar ayrı xidmət edildiyi üçün soldan verilməlidir.
Əvvəl yüngül şərablar, sonra qüvvətli şərablar verilməlidir.
Süfrədə xəstəlik səbəbiylə ya da xüsusi səbəblərlə içki qəbul etməyən qonaqlar üçün spirtsiz içki və meyvə şirəsi saxlanılmalıdır.
Süfrədə xəstəlik səbəbiylə, xüsusi səbəblərlə ya da inanc səbəbləriylə hər şeyi yeyə bilməyən qonaqları çətin vəziyyətdə buraxmayan yeməklər olmalıdır.
Qonaq çox olan ziyafət süfrəsində əllə yeyilən yeməklər verilməz.
Ziyafət süfrəsində sarımsaqlı yeməklər verilməz.
Dəstələrin düzülüş qaydası ilə burdan bir daha tanış ola bilərsiniz.

Etiketlər: yemək, şəkildə, istifadə, verilməlidir, desert, qoyulmalıdır, süfrəyə, qoyular, qabın, sonra, çəngəl, yeməklər, bıçağı, tərəfi, havaya, Yemək, Yalnız, olaraq, qabda, xüsusi
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica