• Süfrəni bəzəmək sənəti

Reseptin məlumatları Baxış sayı: 4 642

Tarix : 16-04-2018, 20:00

Bölmə : Süfrə düzəni


Hər bir qadın istəsə də, istəməsə də, doğuşdan bacarıqlı əllərə sahib olur. Sadəcə bəziləri tənbəllikdən əl işinin yaxşı olmadığını bəhanə edərək mətbəx işlərindən uzaq dayanır. Əgər bir kişiyə və qadına süfrə bəzəməyi tapşırsaq, sözsüz ki, ən bacarıqsız xanım belə çox gözəl süfrə quracaq. Bir sözlə, bu bəhanələr əsassızdır... Çünki qadınlar sehrli əlləri ilə toxunduqları hər şeyə rəng və gözəllik bəxş edir, ən bəsit bir şeyi belə dəyişdirirlər.
Qonaqpərvər xalq olduğumuzu nəzərə alsaq, yəqin ki, hər ev kimi, sizin də eviniz daim qonaqlı-qaralı olur. Azərbaycan mədəniyyətindəki ləziz yeməklərin isə dadını bilməyən yoxdur. Ancaq yeməklərin dadı qədər təqdimatı da olduqca əhəmiyyətlidir və bunu nəzərdən qaçırmaq olmaz. Qonaqlarınızın süfrədə oturmaq üçün tələsdiyini görmək istəyirsinizsə, mətbəxdən gələn gözəl qoxulara süfrənizin əvəzsiz və bədii təqdimatını əlavə etməlisiniz.

Oval və ya düzbucaqlı masa, siz hansını istifadə edirsinizsə, təbii ki, süfrə düzülüşü də buna görə olmalıdır. Təqdimatı gözəl olan bir süfrə hazırlamaq üçün sadəcə qab-qacaq lazım deyil. Gözəl süfrə hazırlamaq üçün bir qədər fantaziya, dizayn etmək eşqi, həvəsi və daxili zövq tələb olunur. Və bu sevgini əmin olun ki, qonaqlarınız mütləq hiss edəcək.
Süfrənizi hazırlamağa təmiz və ütülü bir süfrə ilə başlayın. Çünki yemək bişirmək qədər masa hazırlamaq da vaxt aparır. Buna görə də vaxtınızı düzgün planlaşdırmalı və idarəli hərəkət etməlisiniz. Zəhmətinizin əvəzini lazımlı şəkildə alacaqsınız. Sevdiyiniz gül və şamdanları süfrənin mane olmayacaq orta hissəsinə yerləşdirin. Lakin şamları yandırmaq üçün hələ tezdir. Sonra serviz və badələri çıxarın. Sonda hər ehtimala qarşı nəmli bir bezlə bütün qab-qacaqları silməkdə fayda var.
Bütün qab-qacaqları istifadəsinə görə estetik şəkildə düzmək lazımdır. Zövqə görə süfrəyə salfet və ya çiçəklərə uyğun aksessuarlar da yerləşdirə bilərsiniz.

Masada istifadəsinə görə çəngəl-qaşığ və yemək dəstinin düzülməsi belə olmalıdır;
Yemək qaşığı və bıçağı: Boşqabın sağına
Yemək çəngəli: Boşqabın soluna
Balıq çəngəli: Boşqabın soluna
Balıq bıçağı: Boşqabın sağına, yemək bıçağının yanına
Çərəz çəngəli: Boşqabın soluna, digər bütün çəngəllərin yanına
Çərəz qaşığı: Boşqabın ön hissəsinə
Çərəz və tort çəngəli: Sapı sola tərəfə baxacaq şəkildə boşqabın ön hissəsinə
Çərəz və tort bıçağı: İti tərəfi boşqaba, sapı sağa tərəf baxacaq şəkildə boşqabın ön hissəsinə və çəngəlin yanına
Su stəkanı: Boşqabın sol ön hissəsinə
Duz, duzqabı: İki xidmət buludunun arasına
Yağ və sirkə: Süfrənin ortasına yaxın bir yerə
Xardal və bütün souslar: Yağ ilə sirkəyə yaxın bir yerə
Salat boşqabı: Ortaya qoyulan yeməyinin sol tərəfinə
Meyvə qabı: Ortaya
Çörək qabı: Ortaya
Çiçəklər: Ortaya
Salfet: Buludun soluna

Bu materialların hamısını istifadə etməsəniz də olar. İstifadə etdiklərinizi yenə bu tərtibə görə düzmək lazımdır.
Ağır yemək dəstləri əvəzinə, bəzən kiçik dəyişikliklər etmək sizin və qonaqlarınızın da əhvalına təsir edəcək. Məsələn, balıq hazırladığınız bir süfrədə bol limonlu və menyuya uyğun boşqablar düzə bilərsiniz.
Bütün bunlarından başqa, ziyafət yeməklərinizi insan orqanizmi üçün sağlam və faydalı şəkildə bişirməyə diqqət edin. Qızartmalar və ağır yeməklərdən qaçmaq lazımdır.
Etiketlər: Boşqabın, süfrə, hissəsinə, şəkildə, yemək, çəngəli, soluna, Ortaya, Çərəz, bıçağı, gözəl, lazımdır, hazırlamaq, bütün, qədər, yanına, baxacaq, süfrədə, sizin, etmək
BİZİ İZLƏYİN