• Salfet bükmək formaları - FOTOSESSİYA

Reseptin məlumatları Baxış sayı: 62 619

Tarix : 26-09-2014, 13:00

Bölmə : Süfrə düzəni


Bir zaman Cəfər Cabbarlının Sevili "salfet"lə "fəlsəfə"ni qarışdırmışdı. Dövrümüzdə süfrəyə müəyyən fəlsəfi anlam verənlər az deyil. Ancaq biz "cinlə şeytanı" qarışdırmayaq. Süfrənizin gözəlliyi üçün salfet bükmək qaydalarını təqdim edirik.

Şleyf
1. Salfeti diaqonal üzrə qatlayın.
2. Üçbucağın sağ və sol küncünü onun zirvəsinə doğru qatlayın.
3. Üfqi xətt üzrə fiquru yarıya qatlayın.
4. Sağ və sol küncləri salfetin arxasında birləşdirin (birini digərinin içinə yerləşdirin).
5. Fiquru çevirin. Yuxarı baxan iti ucları müvafiq olaraq sağa və sola əyin. Salfeti dik qoyun.
Salfet bükmək formaları - FOTOSESSİYA

Salfet bükmək formaları - FOTOSESSİYA


Zanbaq
1. Salfeti diaqonal üzrə qatlayın.
2. Üçbucağın sağ və sol küncünü onun zirvəsinə doğru qatlayın.
3. Üfqi xətt üzrə fiquru yarıya qatlayın.
4. Yuxarıdakı üçbucağın yuxarısını qatlayın.
5. Salfetin kənarlarını bir-birinin içinə qatlatın.
Salfet bükmək formaları - FOTOSESSİYA

Salfet bükmək formaları - FOTOSESSİYA


Meqafon
1. Salfeti ortadan qatlayın.
2. Eyni istiqamətdə onu yenidən qatlayın.
3. Ensiz dördbucağın hər iki tərəfini simmetrik olaraq aşağı qatlayın.
4. Fiquru çevirib uclarından "torba" düzəldin.
5. "Torbaları" bir-birilə birləşdirin.
Salfet bükmək formaları - FOTOSESSİYA

Salfet bükmək formaları - FOTOSESSİYA

Salfet bükmək formaları - FOTOSESSİYA


Conka
1. Salfeti ortadan qatlayın.
2. İkinci dəfə ortadan qatlayın.
3. Aşağı hissəni diaqonal üzrə yuxarı qatlayın.
4. Sol və sağ küncləri qabağa qatlayın.
5. Hər iki çıxıntını geriyə qatlayın.
6. Salfeti orta xətt üzrə geri qatlayın.
7. Qatlanmış küncləri bir əllə saxlayaraq o biri əlinizlə "yelkənləri" (salfetin qıraqlarını) dartıb çıxarın.
Salfet bükmək formaları - FOTOSESSİYA

Salfet bükmək formaları - FOTOSESSİYA

Salfet bükmək formaları - FOTOSESSİYA


Çanta
1. Salfeti şaquli ikiyə qatlayın.
2. Altdan yuxarıya doğru yenə ikiyə qatlayın.
3. Yuxarı sol küncün iki qatını mərkəzə doğru qatlayın.
4. Sağ yuxarı küncü mərkəzə doğru qatlayın.
5. Alınan üçbucağı ortadan bir az aşağı xətlə aşağı qatlayın.
6. Yuxarı sağ və sol küncləri ortaya doğru qatlayın.
7. Alınan üçbucağı aşağıya doğru, birinci üçbucağın üzərinə qatlayın.
Salfet bükmək formaları - FOTOSESSİYA

Salfet bükmək formaları - FOTOSESSİYA


Ənginar
1. Salfetin tərs üzünü yuxarı qoyun. Bütün tərəflərini mərkəzə doğru qatlayın.
2. Alınan küncləri yenə mərkəzə doğru qatlayın.
3. Salfeti çevirin.
4. Yenidən bütün küncləri mərkəzə doğru qatlayın.
5. Dördbucaqlının ortasında qalan ucu dartın.
6. Digər çıxıntıları da dartın.
7. Qalan dörd küncü qatlanmış fiqurun altından dartın.
Salfet bükmək formaları - FOTOSESSİYA

Salfet bükmək formaları - FOTOSESSİYA


Dəniz kirpisi
1. Salfeti qarmon kimi bükün (6 şərid, üstdəki hissənin üzü sizə tərəf olmamalıdır).
2. Yuxarı sağ küncü daxilə qatlayın.
3. Ondan aşağıdakı iki küncü də eynilə qatlayın.
4. Sol tərəfdəki üç küncü də bu cür qatlayın.
5. Soldakı fiqurun üçüncü hissəsini sağa qatlayın.
6. Qatladığınız hissənin yarısını geriyə, sola qatlayın.
7. 5-ci və 6-cı bənddəki əməliyyatı sağ tərəfə də tətbiq edin.
Üstdə qalan küncləri qaldırın.
Salfet bükmək formaları - FOTOSESSİYA

Salfet bükmək formaları - FOTOSESSİYA


Everest
1. Salfeti üfqi olaraq ikiyə qatlayın.
2. Kənar küncləri ortaya qatlayın.
3. Üçbucağın yan tərəflərini ortaya qatlayın (onun iti tərəflərinin ucu aşağıya baxacaq).
4a. Fiquru çevirin, uclarını qatlayın (bunlar dayaq olacaq).
4b. Şaquli ox üzrə qatlayın (bu zaman hamar tərəf bayırda olmalıdır).
5. Salfeti dik qoyun.
Salfet bükmək formaları - FOTOSESSİYA

Salfet bükmək formaları - FOTOSESSİYA


Şərq yelpiyi
1. Salfetin astar üzünü masaya doğru çevirin. Yuxarı hissədən 1/4 qədərini aşağı qatlayın.
2. Salfeti çevirin. Aşağı hissədən 1/3 qədərini yuxarı qatlayın.
3. Salfeti aşağıdan yuxarıya doğru orta xəttindən iki qatlayın.
4. Alınan formanı qarmon kimi, 5 bərabər hissəyə qatlayın.
5. Açıq tərəfini əlinizlə sıxaraq yuxarı hissədəki dərinlikdəki qatları əks tərəflərə dartın.
6. "Yelpiyi" açın.
Salfet bükmək formaları - FOTOSESSİYA

Salfet bükmək formaları - FOTOSESSİYA

Etiketlər: uclarından, qatlayın, Salfeti, doğru, küncləri, Yuxarı, yuxarı, mərkəzə, küncü, çevirin, aşağı, dartın, ortadan, Alınan, diaqonal, Salfetin, ikiyə, ortaya, Fiquru, olaraq, qoyun
BİZİ İZLƏYİN