• Təşkil etdiyiniz ziyafətlərdə masa servisi üçün məsləhətlər

Reseptin məlumatları Baxış sayı: 3 215

Tarix : 20-06-2019, 10:00

Bölmə : Süfrə düzəni


Dəvət öncəsi ev sahibinin qonaqlarının stolun hansı tərəfində oturacağını müəyyən etməsi lazımdır. Bu qərarı verərkən bir-birini tanıyan yada bir-birilərinin söhbətini sevəcək insanlar yan-yana yerləşdirilməlidir. Xidməti evin xanımı edirsə, sağında oturan xanımdan başlanır.

Xidməti ofisiant edirsə, servisə ev sahibinin sağında oturan xanımdan baslar, soldan davam edir, ən son ev sahibinə xidmət edir. Ofisiantın əlindən heç bir şey alınmaz. Ofisiantdan bir şey tələb olunacaqsa alçaq səslə tələb olunur.

Desert xidmətindən öncə masa təmizlənir.

İçki tələb olunmadığı zaman açıq deməlidir. Badə əl ilə və ya tərs örtülməz.

Xidmətlər aparılarkən israr etməməlidir. Ancaq; Yeməyin keyfiyyətinə görə xidmətdə 2-ci dəfə istəyib istəmədiyi şəxslərə verilə bilər.

Təşkil etdiyiniz ziyafətlərdə masa servisi üçün məsləhətlər


Bıçaq istifadə etmək lazımdırsa, Çəngəl sol əllə tutulur. Bu vəziyyətdə bıçaq sağ əllə tutulur və işarə barmağı bıçağın iti olmayan tərəfinə yatırılaraq "kəsmə" işi edilir.

Bıçaq ya çəngəl istifadə edildikdən sonra stol örtüyü təmas etməməlidir. Yeməyiniz bitdikdən sonra çəngəl bıçağı boşqabın içinə yada yanına qoya bilərsiniz.

Qaşıq da bıçaq kimi istifadə edilir. Salat və Çərəz çəngəli, yemək çəngəlindən daha qısadır. Xörəklə bərabər salat da veriləcəksə, salat çəngəli yemək qabının soluna, yemək çəngəlinin iç tərəfinə qoyulur.

Balıq Çəngəli isə daha qısa və düzdür. Qaşığın sağına qoyulur.

Şirin qaşığı, şirniyyat qabının içinə qoyulur.

Təşkil etdiyiniz ziyafətlərdə masa servisi üçün məsləhətlər


Xidmət Çəngəl və qaşıqları, servis keçiriləcək ziyafətlərin boşqablarına qoyulur.

Qonaqların önünə 3 ədəddən çox Çəngəl, qaşıq və bıçaq qoymamağa diqqət edilməlidir. Lazım gəlsə yemək əsnasında bu xidmətlər götürülür və lazımi olanlar tənzimlənir.

Salfetlər rəsmi olmayan yeməklərdə çəngəllərin sol tərəfinə, rəsmi ziyafətlərdə isə xidmət qabının içinə qoyulur. Ancaq; Qeyd etdiyimiz kimi əgər dekorativ bir salfetdirsə boşqabın sol tərəfinə və ya önünə gələcək şəkildə yerləşdirilə bilər.

Salfet, sağ üst cinahından tutularaq açılır. Dizlərin üstünə yerləşdirilir. İşi qurtarandan sonra yemək qabının sağına qoyulur. Qırışdıraraq qoymamağa qayğı göstərilməlidir. Kağız salfet istifadə edilmişsə "top" keçirilib boşqaba qoyulmaz. Xüsusi dəvətlərdə hər nə qədər işlənmirsə də parça salfetlərlə yanaşı gözəllikdə kağız salfetlər əgər süfrəyə uyğunlaşırsa istifadə edilə bilər.
Etiketlər: qoyulur, istifadə, yemək, qabının, tərəfinə, içinə, sonra, bıçaq, Çəngəl, tələb, bilər, tutulur, Bıçaq, etməməlidir, Ancaq, çəngəl, önünə, qoymamağa, rəsmi, sağına
BİZİ İZLƏYİN