• Ziyafət masalarını gözəl edən süfrə düzəni

Reseptin məlumatları Baxış sayı: 3 571

Tarix : 3-06-2019, 18:00

Bölmə : Süfrə düzəni


Getdiyiniz lüks restoranlar və ya yemək dəvətlərində üzləşəcəyiniz süfrə nizamı qaydalarını bilmək sizi mümkün bir xətadan qoruyacaq. Sizin üçün hazırladığımız yemək masası rejimi qaydaları ilə, yeməyinizi zövqlə yeyə bilərsiz. İndidən nuş Olsun!:)

Yemək çəngəli: Boşqabın solunda.
Xörək bıçağı: Boşqabın sağında. Bıçağın ağzı boşqaba doğru olmalıdır.
Yemək qaşığı: Boşqabın sağında, bıçaqdan kənarda.
Balıq çəngəli: Balıq çəngəli daha qısa və düzdür. Boşqabın sol tərəfində, çəngəlin kənarında.
Balıq bıçağı: Boşqabın sağında, xörək bıçağın kənarında.
Çərəz, salat çəngəli: Yemək çəngəlindən daha qısadır. Boşqabın sol tərəfində, yemək çəngəlinin kənarında.
Çərəz və tort çəngəli: Boşqabın ön hissəsində, sapı sola doğru.
Çərəz və tort bıçağı: Boşqabın ön hissəsində, iti tərəfi boşqaba, sapı sağa doğru. Çəngəlin yanında.
Su stəkanı: Boşqabın sol ön hissəsində
Şərab qədəhi: Su qədəhinin sağında.
Araq stəkanı: Su qədəhinin yanında.
Duz, istiotqabı: İki servis boşqabı arasında
Yağ, sirkə: Süfrənin ortasına yaxın.
Xardal və digər souslar: Yağ ilə sirkəyə yaxın.
Yağ qabı: Xidmət qabının sol qarşısında.
Salat boşqabı: Xidmət qabının sol qarşısında.
Meyvə qabı: Ortada.
Çörək qabı: Ortada.
Çiçək kompazisiyası: Masanın ortasında.
Salfet: Salfetlər rəsmi olmayan yeməklərdə çəngəllərin sol tərəfinə, rəsmi ziyafətlərdə isə xidmət qabının içinə qoyulur.
Etiketlər: Boşqabın, çəngəli, sağında, doğru, bıçağı, Balıq, hissəsində, Çərəz, kənarında, Yemək, qabının, yemək, yaxın, qarşısında, stəkanı, Xidmət, tərəfində, boşqaba, boşqabı, rəsmi
BİZİ İZLƏYİN