• Novruz süfrəsi

Reseptin məlumatları Baxış sayı: 21 351

Tarix : 10-03-2018, 14:30

Bölmə : Süfrə düzəni


Novruzun əsas atributlarından biri də Novruz süfrəsidir. Novruz bayramında süfrənin əsas xüsusiyyəti odur ki, burada yalnız acılıqdan, şorluqdan uzaq, şirniyə baxan xörəklər olmalıdır. Şirniyyatlardan şəkərbura, paxlava, badamburma, ballıbadı və s. qədər saymaq olar. Bundan başqa qovurğa qoyulur və müxtəlif şərbətlər, milli içkilərə yer verilir. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və sairə də bayram süfrəsinin bəzəyi olur. Bayram süfrəsində müxtəlif rənglərdə boyanmış yumurtalar da süfrəyə xüsusi bəzək verir.

Novruz süfrəsinin müxtəlif tamlarla bol olmasına xüsusi fikir verilir. İnanca görə, növbəti ilin uğurlu, bərəkətli olub-olmaması sırf bundan asılıdır. Süfrədə çörəyin olması vacibdir. Hətta ən zəngin və kasıb süfrələrdə belə buna rast gəlinir. Çünki çörək bütün nemətlərin ən əsası və vacibi hesab edilir. Adətə görə bayram süfrəsindən heç nəyi atmaq olmaz. Ən kiçik, ən balaca hissəyə qədər hər şey yeyilməlidir. Bu qaydaya əməl etməmək olduqca pis davranış hesab edilir.

Bayram süfrəsində bəzi şeylərin olması məsləhət görülmür. Bunlara misal olaraq soğan, sarımsaq, sumax və s. kimi şeyləri göstərmək olar. Bunlar acı olduğundan uğursuzluq, bədbəxtlik əlaməti sayılır.

Novruz bayramında süfrənin hazırlanmasında istifadə edilən bir sıra ərzaqlardan digər məqsədlər üçün də istifadə edirlər. Bu sırada fala baxmaq ilk sırada durur. Belə ki, gənc qızlar bayram günü duzlu kökə bişirirlər. Bu kökə, balaca çörəkləri xatırladır. Adətə görə gənc qızlar həmin duzlu kökələri yeyirlər, ancaq su içmirlər. İnanca görə gecə həmin qızlara gələcək nişanlıları su verirlər. Bir digər adətə görə isə qaynadıqdan sonra səməni suyu içilir. Həmin məhlul şirin olarsa, deməli arzu yerinə yetəcək, əks halda isə yerinə yetməyəcək. Bundan başqa səməni olan xonçanın yanına qabda un qoyulur. Bayrama görə yorulan, əldən düşən qızlar səhər həmin una baxırlar. Əgər həmin qabda unun ortasında əl pəncəsini xatırladan fiqur varsa, bu yaxşı əlamət hesab olunur.
Etiketlər: həmin, Novruz, bayram, müxtəlif, qızlar, hesab, səməni, qoyulur, Adətə, Bundan, qədər, sırada, başqa, olması, istifadə, süfrəyə, verilir, yerinə, qabda, xüsusi
BİZİ İZLƏYİN