• Toyuq şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 84 811

Tarix : 28-05-2014, 08:28

Bölmə : Sulu yeməklər / Toyuq yeməkləri / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ədəd toyuq
3 ədəd baş soğan
3 ədəd kartof
2 x.q əridilmiş kərə yağı
1 x.q pomidor məti (tomat)
Duz
İstiot
Balaca dəstə keşniş

Hazırlanması:
Toyuğu doğrayıb təmizləyib yuyuruq.
Soğanın qabığını soyub yuyub xırda doğrayırıq.
Soğanın üstünə az duz səpib yağ töküb qovururuq.
Soğan qovrulduqdan sonra üstünə pomidor mətini töküb 2-3 dəqiqə də qovururuq.
Toyuğu əlavə edib 5-10 dəqiqə kimi qarışdırıb qovururuq. Üstünə düz tökürük.
Sonra ətin üstündən bir az yuxarı su töküb normal odda bişməyə qoyuruq. Kəfi olduqca yığırıq.
Toyuğun bişməyinə 20-25 dəq qalmış kartofun qabığını soyub yuyub iki bölüb yeməyə əlavə edirik.
Hazır olmağa az qalmış bir daha yeməyin duzuna baxıb duz və istiotunu tökürük. Kartof dişdikdə yeməyimiz hazır olacaq.
Yeməyi qaba yığıb süfrəyə verdikdə üstünə yuyulub təmizlənmiş keşnişi xırda doğrayıb tökürük.

Nuş olsun!
Etiketlər: töküb, qovururuq, üstünə, tökürük, xırda, doğrayıb, yuyub, Soğanın, qabığını, Toyuğu, əlavə, pomidor, dəqiqə, qalmış, soyub, duzuna, yeməyin, olmağa, edirik, bişməyinə
BİZİ İZLƏYİN