• Qırmızı lobya şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 9 324

Tarix : 9-01-2018, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 st. quru lobya,
1 baş soğan,
1 ədəd pomidor,
1 ədəd şirin bibər,
1 ədəd acı bibər,
1 ədəd yumurta,
1 ç.q. un,
4-5 x.q. yağ,
4-5 st. su,
duz,istiot

Hazırlanması:
Şorbamızı bişirməzdən 3-4 saat əvvəl lobyanı suda saxlamaq lazımdır. Daha sonra lobyanın suyunu süzüb, qazana tökürük. Üzərinə doğranmış soğan, pomidor, şirin bibər əlavə edib, su tökürük və birlikdə bişməyə qoyuruq. Bişdikdəm sonra suyunu süzüb saxlayırıq. Bişmiş qarışımı isə üzərinə un əlavə edib, əzərək püre halına salırıq.
Hazırladığımız püreni acı bibər və yağla birlikdə yenidən qazana əlavə edib, üzərinə saxladığımız suyu tökürük və bişməyə qoyuruq. Qaynayan yeməyə yumurtanı çalıb, qarışdıra-qarışdıra tökürük.

Nuş olsun!
Etiketlər: tökürük, bibər, əlavə, soğan, qazana, süzüb, suyunu, şirin, bişməyə, qarışdıra, üzərinə, qoyuruq, sonra, birlikdə, pomidor, Hazırladığımız, püreni, salırıq, halına, əzərək
BİZİ İZLƏYİN