• Göbələk şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 50 287

Tarix : 27-12-2017, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
250 qr. göbələk
200 ml. qaymaq
1 baş soğan
1/2 ç.q. cirə (şorbanın üstündə gördüyünüz)
2 st. su
3 x.q. günəbaxan yağı
1 x.q. un
1 x.1. kərə yağı
duz
istiot

Hazırlanması:
1.Soğanı və göbələyi kəsirik. Günəbaxan yağında qızardırıq.
2.Kərə yağını dərin bir qazanda əridirik, üstünə un səpib qarışdırırıq. Biraz qızarandan sonra üstünə 2 st. qaynar su tökürük. Qarışdırırıq.
3.Göbələyi və soğanı əlavə edirik. 10 dəqiqə bir yerdə bişiririk.
4.Duz və istiot əlavə edirik. Cirənin yarısını əlavə edirik. Yarısı üstə səpmək üçün saxlayırıq.
5.Şorbanı blendordan keçiririk.
6.Qaymağı tökürük, qaymaq istəyən zaman qazanın altını keçirdirik.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, edirik, tökürük, üstünə, qaymaq, istiot, bişiririk, Cirənin, yarısını, Göbələyi, yerdə, soğanı, dəqiqə, Yarısı, saxlayırıq, zaman, qazanın, altını, keçirdirik, istəyən
BİZİ İZLƏYİN