• Qaspaço resepti

Reseptin məlumatları Baxış sayı: 4 761

Tarix : 9-02-2018, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
0,5 kg təzə pomidor
1 xıyar
1 baş qırmızı soğan
1 ədəd yaşıl bibər (acısız)
1 diş sarımsaq
keşniş və ya cəfəri
100 qr. çörəyin yumuşaq yeri
2 x.q. zeytun yağı
1 x.q. sirkə
1 stakan pomiror soku
0,5 lt. su
duz
istiot

Hazırlanması:
Sarımsağı, duzu və çörək qırıntıkarını döyə döyə yaxşıca əzin. Bir saat gözlədin.
Pomidorun alt tərəfindən plus formasında kəsik edin, 1 dəqiqə qaynar suda saxlayın. Qabığı o zaman yaxşı təmizlənəcək.
Bibəri tavada biraz közləyin, qabığını soyun.
Blendor qabına pomidor, xıyar, bibər, sarımsaqlı qarışımı, göyərtini, soğanı əlavə edin. Yaxşıca əzin, kaşa formasında olsun.
Zeytun yağı, sirkə, tomat soku əlavə edin.
Yaxşıca qarışdırın.
2-3 saatdıq soyuducuda saxlayın. Servis edən zaman soyuq su ilə qarışdırın.
Süfrəyə boşqabda və ya stəkənda verə bilərsiniz.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, sirkə, formasında, saxlayın, zaman, pomidor, qarışdırın, Yaxşıca, bibər, xıyar, soyun, qabına, boşqabda, qabığını, Blendor, közləyin, tavada, biraz, bilərsiniz, stəkənda
BİZİ İZLƏYİN