• İspanaqlı krem şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 4 387

Tarix : 7-10-2017, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
500 qr. təzə ispanaq
1 baş soğan
2 diş sarımsaq
3 x.q. günəbaxan yağı
0,5 lt. ət suyu (məndə quzu sumuyundə bişən bulyon idi)
1 stakan süd
1/2 x.q. muskat qozu (toz şəklində ədviyyat, hind qozuda deyilir)
duz
istiot

Hazırlanması:
Üstünə kedr qozunu səpdim, zövgə görə rəndələnmiş pendirdə ola bilər
Baş soğanı və sarımsağı xırda kəsib günəbaxan yağında qızardırıq.
İspanağı yaxşı yuyuruq. Qızarmış soğana əlavə edib 3-5 dəq. qovururuq.
Ət bulyonunu isti şəkildə əlavə edirik ispanaqlı soğanın üstünə.
Qaynayan kimi altını keçirdib, blendordan keçiririk. Südü əlavə edirik. Ədviyyatları səpib, servis edirik.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: edirik, əlavə, günəbaxan, şəkildə, bulyonunu, qovururuq, soğana, yuyuruq, yağında, qızardırıq, İspanağı, yaxşı, Qızarmış, ispanaqlı, keçiririk, Ədviyyatları, səpib, servis, blendordan, keçirdib
BİZİ İZLƏYİN