• Ördək içalatı şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 3 545

Tarix : 7-02-2018, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
1 baş soğan
1 porey soğanı (pirasa)
1 bolgar bibər
1 kabaçok
4-5 ədəd sparja (qülancar)
duz
istiot
İçalatı duzlu suda bişiririk.

Hazırlanması:
Baş soğanı və porey soğanının ağ tərəfini xırda kəsib yağda qızardırıq.
Bişmiş içalatı bulyondan çıxardıb, bulyonu süzqəcdən süzürük ki, şəffaf olsun.
Bulyonun içinə qızarmış soğanları əlavə edirik.
İçalatı əlvə edirik.
Bolgar bibəri, kabaçoku, sparjanı kəsib şorbaya əlavə edirik.
5 dəq. sonra altını keçirdirik. Duz, istiot səpirik.
Porey soğanın yaşıl hissəsini kəsib şorbaya əlavə edirik.
Daha çox bişirməyin vitaminlər qalsın deyə.
Bilirəm bu cür yeməklər heç maraq yaratmır çox izləyicilərdə, amma mən hər gün "bozbaş" bişirib paylaşa bilmirəm.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: edirik, əlavə, kəsib, İçalatı, şorbaya, istiot, porey, soğanı, səpirik, Porey, soğanın, keçirdirik, altını, bibəri, sparjanı, yaşıl, Bolgar, sonra, kabaçoku, vitaminlər
BİZİ İZLƏYİN