• Qaymaqlı ispanaq şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 149

Tarix : 5.12.2017, 12:00

Bölmə : Sulu yeməklər, Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
Yarım kilo təzə ispanaq
4 xörək qaşığı kərə yağı
Yarım stəkan doğranmış baş soğan
3 xörək qaşığı un
5 stəkan toyuq bulyonu (əvvəlcə 4 stəkanını əlavə edin, lazım olarsa qalanını də qatın)
Zövqə görə duz
Zövqə görə istiot
1 stəkan süd qaymağı
Bir çimdik muskat tozu

Hazırlanması:
İspanağı təmizləyin, sərt saplaqlarını kəsin. Yarpaqları iri doğrayın. Yaxşıca yuduqdan sonra quruması üçün kağız salfetlərin və ya çay dəsmalının üstünə sərin.

Qazanda yağı vam odda əridin. Soğanı əlavə edib tez-tez qarışdıra-qarışdıra şəffaflaşıb yumuşalana qədər, amma qızarmayanadək bişirin. İspanağı əlavə edin. Tez-tez qarışdııraraq ispanaqlar yumşalana qədər gözləyin.

Üstünə unu səpin. Qarışdırın. Toyuq suyunu tökün. Tez-tez qarışdıra-qarışdıra qaynadın. Sonra isə blenderdə püre edin. Alınan püreni qazana geri tökün. Duz və istiot vurun. İstəyə görə, muskat tozu da əlavə etmək olar.

Qaymağı qazana əlavə edin. Qarışdırın. Vam odda şorbanı isti vəziyyətə gətirin, amma qaynatmayın. Şorbanız hazırdır. Əgər şorba çox qatıdırsa, bir az toyuq bulyonu əlavə edib qarışdırın.

Nuş olsun!

Etiketlər: əlavə, qarışdıra, stəkan, muskat, istiot, Zövqə, qazana, Qarışdırın, qədər, Yarım, tökün, İspanağı, bulyonu, toyuq, xörək, qaşığı, qarışdırın, qatıdırsa, Toyuq, suyunu
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica