• Ribollita resepti

Reseptin məlumatları Baxış sayı: 14 697

Tarix : 14-09-2014, 10:00

Bölmə : Sulu yeməklər / Toyuq yeməkləri

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Ribollita şorbası sadə kəndli süfrəsinin xörəyidir. Günümüzdə o, bahalı italyan restoranlarında menyuda yer alır. Gözəl səslənsə də, ribollitanın mənası elə də romantik deyil - «qaynadılmış». Yəni elə prinsip də belədir - nəyi qaynatmaq mümkündürsə, yığ qazana.

Tərkibi:
100 q toyuğun döş əti
2 qırmızı soğan
2 orta boy yerkökü
4 diş sarımsaq
cəfəri
1 banka ağ lobya
1 banka doğranmış pomidor konservi
500 ml toyuq bulyonu
savoy, yaxud adi ağ kələmin yarısı
250 q quru çörək
qabıqlı parmezan pendiri (zövqə görə)
6 x.q. zeytun yağı

Hazırlanması:
Soğanı xırda, yerkökünü kubik doğrayın. Sarımsağı əzin.

Zeytun yağının yarısını qazanda qızdırın. Toyuğun döş ətini əlavə edin. Bir neçə dəqiqə sonra soğanı, sarımsağı, yerkökü və doğranmış cəfərini əlavə edin. Qarışdırıb qazanın ağzını örtün. Vam odda 15 dəqiqə bişirin. Arada qarışdırın.

Qazana lobya bankasının yarısını, pomidor bankasının hamısını boşaldın. Lobyanın qalanını blenderdə əzin və şorbaya əlavə edin.

Şorbaya parmezan pendirinin qabığını əlavə edin (təbii ki, əgər xoşlayırsınızsa).

Şorba qaynayanda saman kimi doğranmış kələmi əlavə edin. Ocağı azaldın. Yumşalandan sonra çörəyin qabığını kəsin. İçini xırdalayıb şorbaya əlavə edin. Xörəyin duzunu-istiotunu yoxlayın, lazımdırsa, əlavə edin, qazanın qapağını örtüb daha 7-10 dəqiqə bişirin.

Zeytun yağının qalanını da əlavə edin. Ocağı söndürün. Şorbanı 5 dəqiqə dinləndirin.

İsti-isti boşqablara çəkin, üstünə sürtgəcdən keçirilmiş parmezan pendiri səpin.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, parmezan, doğranmış, banka, bişirin, lobya, qalanını, qabığını, pendiri, yerkökü, bankasının, Zeytun, yağının, şorbaya, sonra, Ocağı, pomidor, qazanın, yarısını
BİZİ İZLƏYİN