• Muskat sousulu quzu əti ilə doldurulmuş bibərlər aysberq salatı ilə resepti

Reseptin məlumatları Baxış sayı: 526

Tarix : 16.03.2018, 12:00

Bölmə : Sulu yeməklər, Quru yeməklər, Ət yeməkləri, Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : barakat.az


Tərkibi:
bolqar bibəri,
quzu əti,
çedder pendiri,
ədviyyat,
yumurta,
soğan,
göyərti,
muskat sousu,
çerri pomidoru,
kahı,
şalot soğanı,
limon

Hazırlanması:
1.Donu açılmış quzu ətini noxud dənəciyi ölçüsündə xırda-xırda doğrayın. Soğanı da həmçinin xırda-xırda doğrayın. Soğan, ədviyyat, duz və doğranmış göyərtini ətə qatın.

2.Bolqar bibərini yuyun. Qapağını kəsin, tumlarını çıxardın, hazırlanmış əti bibərin içinə doldurun və kəsilmiş qapağı üzərinə qoyun.

3.Qalın altlı dərin tavaya və ya qazana 100 qr (yarım stəkan) su, 2-3 xörək qaşığı yağ əlavə edin və bibəri şaquli vəziyyətdə tavaya qoyun. Tavanın ağzına qapaq qoyun və 20-25 dəqiqə orta odda hazırlayın.

4.Kahı və çerri pomidorlarını yuyun, şalot soğanını təmizləyin. Kahını əl ilə sərbəst şəkildə hissələrə, çerri pomidorlarını isə yarı bölün, şalot soğanını doğrayın və duzla istiotu əlavə edərək hamısını bir-birinə qarışdırın. Salata azca limon sıxa və zeytun yağı əlavə edə bilərsiniz.

5.Bibərin qapağını açın, yumurtanı sındırıb içərisinə tökün və üzərinə pendir əlavə edin. Bibərin qapağını bağlayın və orta odda daha 5-10 dəqiqə saxlayın.

6.Bibəri boşqaba qoyun və üzərinə muskat sousunu əlavə edin. Salat ilə birlikdə masaya təqdim edin.

Nuş olsun!

Etiketlər: əlavə, xırda, qoyun, doğrayın, şalot, çerri, üzərinə, pomidorlarını, Bibərin, dəqiqə, limon, soğanını, yuyun, qapağını, tavaya, bibəri, ədviyyat, muskat, bölün, duzlaa
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica