• Dovğa resepti

Reseptin məlumatları Baxış sayı: 4 114

Tarix : 26-05-2018, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban (azerifoodie)


Tərkibi:
2,5 litr qatıq
2dəstə keşniş
2dəstə çüyüd
1 dəstə ya ispanaq ya pazı başı
1yumurta
1 ovuc yumru düyü (təxminın 3-4 y.q.)
Duz

Hazırlanması:
1.Düyünü yuyuram, üstə 2 st su töküb,ən zəif od üstündə bişirirəm. Ocağa qoyanda ilk 4-5 d qarışdırın ki dibə yapışmasın.Düyü şişəndə 1y.q.dolu duz vururam.Lap həlim bişməlidi, suyu mət olacaq. Mən sevmirəm düyü dovğada bilinəndə☝elə bişirirəm ki tam ərisin.
2.Göyərtiləri ləyəndə istaxda 15 d saxlayıram (2-3 y.q.sirkə vururam ki qurd-murd ölsün), sonra aşsüzəndə 5d saxlayıram və mətbəx dəsmalına sərirəm ki, tam suyu çəkilsin, xırda doğrayıram,çox xırda.
3. Qatığa yumurta vururam və mətbəx teli ilə yaxşıca açıram. Tam açılmalıdır, ayran kimi, içində dumurlar qalmamalıdır.
4. Bişmiş düyü, doğranmış göyü qoyuram ocağın yanına(dünənki şəkildəki kimi) əlimin altında olsun.
Qatığı ocağa qouyuram və dayanmadan buluyuram güclü odda, ta ki qaynasın. Elə ki qaynadı,göyü vururam, amma 1 saniyə belə buraxmıram bulamağı.Göyü tam vurandan sonra 2dəq ocağın üstündə qarışdırıram. Ocağı söndürürəm, düyünü vururam, 1-2dəq qarışdırıram vəssalam.
Əvvəl dovğa dup-duru olur, sonra qaldıqca qatılaşır.Bizim evdəki filankəs filankəsoviç dovğanı duru sevir, ona görə süd vurur ki duru olsun. Mən qatı sevirəm,lap smetan kimi.

Nuş olsun!
Etiketlər: vururam, sonra, olsun, üstündə, mətbəx, saxlayıram, xırda, qarışdırıram, bişirirəm, 2dəstə, ocağın, Bişmiş, dayanmadan, doğranmış, buluyuram, altında, qaynasın, güclü, qoyuram, qouyuram
BİZİ İZLƏYİN