• Zəfəranlı südlü vermişel resepti

Reseptin məlumatları Baxış sayı: 11 163

Tarix : 25-05-2018, 12:00

Bölmə : Sulu yeməklər / Digər reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban (azerifoodie)


Tərkibi:
yarım st xırda vermişel
1st su
1st süd
1 y.q.şəkər
1cimdik duz
1cimdik zəfəran

Hazırlanması:
Zəfəranı barmaqlarınızın ucuyla ovun. Üstünə isti su və südü tökün, 10 d qoyun dəm alsın ağzı bağlı.
Sonra ocağa qoyun, möhkəm isinəndə duz vurun, vermişeli tökün və dayanmadan qarışdıraraq orta odda 3-4 d bişirin. Vaxtı ötürməyin, çox şişir. Elə ki vermişel bişdi, şəkər vurun, 1 buğum qarışdırın və ocaxdan alın.
Kasələrə tökün, istəyən üstünə bal səpsin, bir damcı kərə yağı vursun.
Mən şəkər və süd/su miqdarını öz ağız dadıma görə verdim, bəlkə sizə şəkər az gələ bilər, ya sıyıq qatı gələ bilər, onda isti süd əlavə edin. 1-2 dəfə bişirənnən sonra əliniz/gözünüz öyrənəcək nə cür istəyirsiz.
Hindlilər bu desertə darçın,hil vururlar, üstünə hindisdan qozu, badəm səpillər.

Nuş olsun!
Etiketlər: şəkər, tökün, bilər, qoyun, 1cimdik, vermişel, vurun, üstünə, bişirənnən, bəlkə, əlavə, sıyıq, miqdarını, səpsin, damcı, vursun, dadıma, verdim, gözünüz, vururlar
BİZİ İZLƏYİN