• Kabaklı yay şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 2 698

Tarix : 30-06-2018, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 1-2

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
2 kabak
1 porey soğanı (pirasa, olmasa adi baş soğan)
1 dolu olmayan x.q. kərə yağı
200 ml. qaymaq
3 st. su
1 təzə xıyar
şüyüd
duz
istiot

Hazırlanması:
1.Porey soğanın ağ hissəsi bizə lazım olacaq. Ağ hissəsini xırda doğrayırıq.
2.Dərin qazanda kərə yağı əridib doğranmış porey soğanını 5 dəqiqə qovururuq.
3.Kabakların qabığını soyaraq doğrayırıq. Soğanın üstünə əlavə edib 5 dəqiqə bir yerdə qovururuq.
4.Qaynar 3 st. suyu qazana tökürük. Qapağını bağlayaraq 15 dəqiqə bişiririk.
5.Blendordan keçirdirik şorbamızı və qırağa qoyub soyuduruq.
6.Bu zaman şüyüdü xırda doğrayırıq. Xıyarın qabığını soyub doğrayırıq.
7.Soyumuş şorbaya xıyarı və şüyüdü əlavə edirik. Bir daha hamısını blendordan keçirdirik
8.Qaymaq əlavə edirik.
9.Duz və istiot zövgə görə səpirik və yaxşı qarışdırırıq.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: doğrayırıq, dəqiqə, əlavə, istiot, xırda, qovururuq, qabığını, keçirdirik, edirik, şüyüdü, porey, səpirik, yaxşı, zövgə, şorbamızı, qarışdırırıq, bişiririk, tökürük, Qapağını, bağlayaraq
BİZİ İZLƏYİN