• Pasta facoli resepti

Reseptin məlumatları Baxış sayı: 11370

Tarix : 19.09.2014, 11:00

Bölmə : Sulu yeməklər, Makaron yeməkləri, Tərəvəz yeməkləri

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6




İtalyan mətbəxində pasta e fagioli-nin minlərlə hazırlanma qaydası var. Ya da belə demək mümkündürsə, nə qədər italyan ailəsi varsa, bir o qədər də pasta facoli resepti var. Hətta bunun şorba, yaxud ana yemək olduğu barədə də fikir ayrılığı mövcuddur. Bu xörəyin iki dəyişməz ərzağı var - pasta (makaron) və fagioli - lobya (təbii ki, müxtəlif reseptlərdə bunların da növü dəyişir).

Tərkibi:
3 x.q. bitki yağı
1 iri baş soğan
1 bolqar bibəri
4 dilim bekon (yaxud toyuq əti və ya yağsız kolbasa)
1 budaq rozmarin
2 budaq təzə kəklikotu
2 x.q. oreqano qurusu
3 diş sarımsaq
duz
istiot
400 q öz suyunda pomidor konservi (1 banka)
230 q ağ lobya konservi (1 banka)
800 q toyuq bulyonu
100 q xırda makaron (istənilən formada)
30 q parmezan pendiri
4 x.q. doğranmış təzə cəfəri

Hazırlanması:
Qalın dibli qazanda yağı qızdırın, xırda doğranmış soğanı və rozmarinlə kəklikotu budaqlarını burada qovurun. Xırda doğranmış sarımsaqla qırmızı bibəri də əlavə edin. 5 dəqiqə qovurun.

Rozmarinlə kəklikotu budaqlarını çıxarın. İstəyə görə bekon, yaxud toyuq ətini əlavə edin (tamamilə ətsiz də bişirə bilərsiniz). Qarışdıraraq 5 dəqiqə qovurun, pomidorları əlavə edin, qaşıqla elə tavadaca xırdalaya bilərsiniz.

Vam odda 10 dəqiqə bişirəndən sonra bulyonu əlavə edin.

Qaynara düşəndən sonra oreqano qurusunu və suyu süzülmüş lobyanı əlavə edin (toyuq ətindən istifadə edəcəksinizsə, şorbanı daha çox qaynadın ki, ət tam bişsin, lobyanı sonra əlavə edin). 5 dəqiqə də bişirin.

Şorbadan bir çömçə (tərəvəzlə lobyanın qarışığını) götürüb blender və ya mikserdə xırdalayın, yenidən qazana tökün. Duz, istiot vurun. Şorba çox qatı alınırsa, azca su və ya bulyon tökün, makaronu əlavə edin.

Hərdən-bir qarışdıraraq 4-6 dəqiqə bişirin. Ocaqdan götürün. Cəfəri və parmezan pendiri əlavə edin. İsti-isti boşqablara çəkin. İstəyə görə boşqablara bir qədər də parmezan və zeytun yağı əlavə edə bilərsiniz.

Nuş olsun!

Etiketlər: əlavə, dəqiqə, toyuq, qədər, doğranmış, sonra, pasta, bilərsiniz, qovurun, parmezan, yaxud, kəklikotu, banka, makaron, bulyonu, konservi, lobya, xırda, lobyanı, budaq
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN