• Südlü kartof şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 4 142

Tarix : 14-04-2019, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 dənə böyük kartof,
1 dənə quru soğan,
1 şorba qaşığı un,
2 stəkan su,
Yarımstəkan süd,
Yarım stəkan duru yağ,
Duz.

Hazırlanması:
Südlü kartof şorbası hazırlamaq üçün əvvəlcə bişirəcəyiniz kartofları yuyub suyunu silin.
Kartofları soyun və onları küp-küp doğrayın.
Soğanları soyub kiçik kiçik doğrayın.
Qazana yarım stəkan maye yağ töküb doğradığınız soğanları da əlavə edib bir az qovurun.
Qovrulan soğanların üzərinə 1 şorba qaşığı un əlavə edib azca qovurun.
Daha sonra kartofları əlavə edib qarışdırın və üzərinə su, süd , duz əlavə edərək kartoflar yumşalana qədər bişirin.
Kartoflar yumşalandan sonra blenderdən keçirdin.
Əgər çox qatıdırsa bir az su əlavə edib qatılığını ayarlayın və bir az qaynadıb ocaqdan düşürdün.
Arzuya görə şorbanın üzərinə istiot səpə bilərsiniz.
Hazırlanan südlü kartof şorbasını isti olaraq servis edin.
Bu ləzzətli şorbayı xüsusi ilə kiçik uşaqlar üçün hazırlayıb yedirdə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, üzərinə, kiçik, stəkan, kartof, bilərsiniz, kartofları, sonra, şorba, qovurun, doğrayın, qaşığı, qaynadıb, ocaqdan, qatılığını, ayarlayın, blenderdən, bişirin, Kartoflar, yumşalandan
BİZİ İZLƏYİN