• Südlü badam şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 4 494

Tarix : 5-06-2019, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2,5 stəkan süd,
150 q badam,
1,5 stəkan un,
4 şorba qaşığı kərə yağı,
1 ədəd hindistan cəvizi,
4 stəkan sümük k suyu,
Duz,
Yarım dəstə cəfəri,
Süsləmək üçün nar dənələri (arzuya görə)

Hazırlanması:
Badamların qabıqlarının asanlıqla soyulması üçün isti suda 5 dəqiqə qaynadın.
Qabıqları soyulan badamları incə-incə doğrayın.
Şorba bişirəcəyiniz qazanda kərə yağını əridin.
Un əlavə edib iyi çıxana qədər qovurun.
İncə çəkilmiş badamları da əlavə edərək 2-3 dəqiqə daha qovurma işlərinə davam edin.
Bu qarışıma süd və sümük suyu əlavə edərək ərzaqları topaclanmaması üçün qarışdırın.
Vam odda qaynayıb qatılaşan şorbanı ocaqdan düşürməzdən əvvəl Hindistan cəvizini də rəndələyərək əlavə edin.
Bir başqa qabda bir şorba qaşığı kərə yağı əridin.
Yarım çömçə sümük suyunu da bu qarışıma əlavə edin.
Pokurdamağa başlayanda bu qarışığa incə doğranmış cəfəri doğrayın.
Cəfərinin əlavə edilməsindən sonra bu sosu şorbanın üzərində gəzdirin.
Arzuya görə üzərini nar dənələri ilə süsləyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, sümük, stəkan, badamları, dəqiqə, əridin, qarışıma, dənələri, doğrayın, edərək, şorba, Yarım, qaşığı, cəfəri, rəndələyərək, çömçə, qabda, başqa, Hindistan, şorbanı
BİZİ İZLƏYİN