• Mahluta şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 10 052

Tarix : 27-07-2019, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 stəkan qırmızı mərcimək,
1/2 su stəkanı düyü,
1 ədəd iri quru soğan,
3 yemək qaşığı duru yağ,
8 stəkan su,
1 yemək qaşığı tomat
1 yemək qaşığı təzə sıxılmış limon suyu,
1 çay qaşığı kərə yağı,
1 şirniyyat qaşığı toz qırmızı bibər

Hazırlanması:
Qırmızı mərciməyi və düyünü bol suda yaxşıca yuyub süzün.
Süzdüyünüz mərcimək və düyünü dərin bir qazana yığın.
Üzərinə 8 stəkan su və bir az duz əlavə edib qarışdırın.
Digər tərəfdə isə içərisinə 3 yemək qaşığı duru yağ qoyduqunuz tavanı ocağa qoyun.
İçərisinə incə-incə doğradığınız soğanları töküb yumşalana qədər qovurun.
Qovurduğunuz soğanların üzərinə bir yemək qaşığı tomat əlavə edin və 1 dəqiqə daha qovurun.
Sonda zövqünüzə görə ədviyyatları qatıb qarışdırın.
Mərcimək və düyü tamamən yumşaldıqdan sonra üzərinə qovrulmuş tomatlı soğanı əlavə edin.
Bir az qaynadıb ocaqdan alın.
Hazırladığınız şorbanı isti halda servis edin.
Şorbanın qatılığı çoxdursa azacıq su əlavə edin.

Nuş olsun!
Etiketlər: qaşığı, yemək, əlavə, stəkan, qarışdırın, düyünü, qırmızı, üzərinə, qovurun, tomat, mərcimək, ədviyyatları, qatıb, Mərcimək, tamamən, Sonda, soğanların, yumşaldıqdan, dəqiqə, Qovurduğunuz
BİZİ İZLƏYİN