• Düşbərə resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 11 427

Tarix : 23-08-2019, 16:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Duzlu xəmir işləri / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1kq un
Su, duz

İçlik üçün:
400qr quzu əti
3 ədəd soğan
Nanə qurusu
Duz, istiot, sarıkök
Bulyon(zövqə görə)

Hazırlanması:
1. Unu ələyib üzərinə ilıq su və duz əlavə edirik. Nə çox bərk nə də yumuşaq xəmir yoğururuq. Xəmirin üzərinə dəsmal sərib biraz gözlədirik. Bu müddət ərzində ət və soğanı ətçəkən maşından keçiririk. Üzərinə zövqə görə duz, istiot, nanə qurusu səpib qarışdırırıq.
2. Xəmiri kündələrə bölüb növbə ilə oxlovla açırıq. Kvadrat formalarda kəsib, içərisinə ət qoyub düşbərə bükürük. Bacarıqlı kulinarlarımız bir xörək qaşığına 10 və ya daha artıq düşbərə siğdırırlar. Mən isə xırda düşbərə sevmirəm. Bunun üçün sərf ediləcək zamanım da yoxdur. Yeri gəlmişkən onu da xadırladım ki, düşbərə zamanı kasad xanımlar üçün əlverişli yeməkdir. Bükdüyünüz düşbərələri soyuducunun buzluğuna qoyub istədiyiniz vaxt çıxarıb suda bişirə bilərsiniz.
3. Hazır düşbərələri ət bulyonunda və ya adi suda bişirə bilərsiniz. Bunun üçün su və ya bulyonu qazanda qaynadıb içərisinə düşbərələri ehtiyatla tökmək kifayətdir. Əgər su ilə hazırlayırsınızsa su qaynayanda qazana duz tökməyi unutmayın. Düşbərəni süfrəyə sirkə və qatıqla vermək olar.

Düşbərə resepti - FOTO RESEPT

Düşbərə resepti - FOTO RESEPT

Düşbərə resepti - FOTO RESEPT

Düşbərə resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: düşbərə, düşbərələri, bişirə, içərisinə, qoyub, Bunun, üzərinə, bilərsiniz, istiot, qurusu, zövqə, xanımlar, kasad, zamanı, əlverişli, yeməkdir, sirkə, Bükdüyünüz, xadırladım, gəlmişkən
BİZİ İZLƏYİN