• Düşbərə resepti

Reseptin məlumatları Baxış sayı: 12 061

Tarix : 5-09-2019, 12:00

Bölmə : Sulu yeməklər / Ət yeməkləri / Şorbalar / Duzlu xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Toyuq bulyonu - 1,5 l.
Göyərti - 1 dəstə
Duz, istiot, ədviyyə - zövqə görə

Düşbərə üçün:
Çəkilmiş qoyun əti - 150-200 qr.
Duz, istiot - zövqə görə
Doğranmış keşniş - 1 qaşıq
Toyuq yumurtası - 1 ədəd
Su - 5 y.q
Duz - ½ ç.q.
Un - 1 st.

Hazırlanması:
Çəkilmiş ətə ədviyyələri və bir qaşıq doğranmış keşnişi əlavə edirik. Su, un, duz və yumurtadan xəmir yoğururuq. Onu iki hissəyə bölürük hər ikisini incə bir şəkildə açırıq, 2-3 sm kvadratlar kəsirik. 100 kvadrat alınmalıdır. Kvadratların ortasına biraz ət qoyuruq, üçbucaq bağlayırıq, büküb, küncləri birləşdiririk.

Düşbərəni qaynayan bulyona atıb, 5 dəqiqə bişiririk. Doğranmış göyərti, istiot və biraz duz qatırıq.

Nuş olsun!
Etiketlər: istiot, Çəkilmiş, Doğranmış, biraz, Toyuq, zövqə, qaşıq, ortasına, göyərti, qoyuruq, Kvadratların, alınmalıdır, kəsirik, kvadrat, qatırıq, üçbucaq, bağlayırıq, bişiririk, qaynayan, dəqiqə
BİZİ İZLƏYİN