• Əriştəli lobya şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 9 766

Tarix : 19-09-2019, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Quzu və ya mal əti (döş) - 500 q
Gözlü xırda lobya - 1 stəkan
Ev əriştəsi - 2 ovuc
Soğan - 2 ədəd
Kök - 1 ədəd
Kartof - 2 ədəd
Cəfəri, keşniş - hərəsindən yarım dəstə
Kərə yağı - 100 q
Duz, istiot, sarıkök - zövqə görə

Hazırlanması:
Bu yeməyi hazırlamağa axşamdan başlayırıq - lobyanı yuyuruq və gecə soyuq suda isladırıq. Ertəsi gün əti yuyuruq, dilimləyirik, soğanı nazik yarım üzük şəklində doğrayırıq. Qazanda yağı qızdırırıq və soğanı biraz qızardırıq. Daha sonra əti qoyuruq və arada qarışdıraraq bişiririk. Doğranmış kök və kartofu əlavə edirik və qarışdıraraq 10 dəqiqə daha bişiririk. İndi isə yuyulmuş lobyaları qatırıq.

Ət, tərəvəz və lobyaya 3 litr qaynamış su tökürük. Qaynadırıq, kəfkir ilə köpüklərini alırıq və bişiririk. Bu vaxt içində ət və lobya artıq bişməlidir. Şorbamızı duzlayıb, istiotlayır və biraz sarıkök əlavə edirik. Əriştəni töküb, 5 dəqiqə daha bişiririk, qazı söndürürük, doğranmış göyərtini səpirik və qazanın qapağını bağlayırıq.

Nuş olsun!
Etiketlər: bişiririk, biraz, sarıkök, yuyuruq, dəqiqə, soğanı, yarım, lobya, qarışdıraraq, əlavə, edirik, tökürük, Qaynadırıq, kəfkir, lobyaları, qaynamış, qatırıq, tərəvəz, yuyulmuş, lobyaya
BİZİ İZLƏYİN